Son Xəbərlər
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sanatoriya və
Bugün Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 15 İyun – Milli
Ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunur.
Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələrinə əcnəbi
ABŞ və İran arasında münaqişənin nizamlanması üzrə memorandum gələn həftənin
Türkiyədə məşhurlara qarşı aparılan narkotik istintaqı çərçivəsində saxlanılan
Əkin torpaqlarında ağac və kolların götürülməsinə dair yeni qayda
Sosial şəbəkələrdə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən DOST Mərkəzində
Azərbaycan Portuqaliyanın Lissabon şəhərində səfirlik açacaq. Liderxeber.az
İyulun 13-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya

Neftçalada futbol üzrə rayon birinciliyinə start verilib

02 iyn 2023, 18:32
Neftçalada futbol üzrə rayon birinciliyinə start verilib

Neftçala Rayon İcra Hakimiyyətinin dəstəyi, Neftçala rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə RİH-i başçısının şəhər, qəsəbə və kənd inzibati ərazi dairələri üzrə nümayəndəlikləri arasında “Heydər Əliyev İli” çərçivəsində Azərbaycan xalqının Milli Qurtuluş Gününə həsr olunan futbol idman növü üzrə rayon birinciliyinə start verilib.

İlk öncə Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub və Dövlət Himni səsləndirilib.

Futbol oyununda RİH-in məsul şəxslər, idarə, müəssisə, təşkilat rəhbərləri, rayon ictimaiyyəti və gənclər iştirak edib.
Rayon birinciliyinin ilk günündə Neftçala FK – Xıllı FK, Bankə FK – Həsənabad FK komandaları qarşılaşıb. Məlumat üçün bildiririk ki, rayon birinciliyində 16 komanda qarşılaşacaq.

Neftçala Rayon İcra Hakimiyyətinin kollektivi adından bütün komandalara uğurlar arzulayırıq.