Son Xəbərlər
“Diplomatik mənbələr Rusiyanın iyunun 7-də Ermənistanda keçirilən parlament
ABŞ Prezidenti Donald Trampın İranla yaxın günlərdə saziş imzalaya biləcəyinə
Yəməndə təhlükəli dırmanış videoları ilə tanınan və sosial şəbəkələrdə
Bu gün Azərbaycanda “Son zəng” günüdür. Liderxeber.az xəbər verir ki, bu il
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sanatoriya və
Bugün Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 15 İyun – Milli
Ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunur.
Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələrinə əcnəbi
ABŞ və İran arasında münaqişənin nizamlanması üzrə memorandum gələn həftənin
Türkiyədə məşhurlara qarşı aparılan narkotik istintaqı çərçivəsində saxlanılan

Aİ liderləri ABŞ ilə münasibətləri və qurumun müdafiəsini müzakirə edəcəklər

03 fev 2025, 09:04
Aİ liderləri ABŞ ilə münasibətləri və qurumun müdafiəsini müzakirə edəcəklər

Avropa İttifaqının (Aİ) 27 ölkəsinin liderləri Brüsseldə keçiriləcək qeyri-rəsmi sammitdə Rusiyanın Ukraynaya qarşı müharibəsinə, hibrid və kiber təhdidlərə, həmçinin Yaxın Şərqdəki qeyri-sabitliyə cavab olaraq İttifaqın müdafiəsinin gücləndirilməsi və ona ayrılan xərclərin artırılmasını müzakirə edəcəklər. 

Bundan əlavə, dövlət və hökumət başçıları prezident Donald Trampın dövründə ABŞ ilə münasibətlərə xüsusi diqqət yetirmək niyyətindədirlər.

Liderxeber.az xəbər verir ki, bu barədə ötən gün Brüsseldə jurnalistlərə Aİ-nin yüksək vəzifəli nümayəndəsi bildirib. Aİ-nin qeyri-rəsmi sammitinə NATO-nun baş katibi Mark Rutte və Böyük Britaniyanın Baş naziri Kir Starmer də dəvət olunub.

Əvvəlcə görüşün Belçikanın Lyej şəhəri yaxınlığındakı qalada baş tutacağı planlaşdırılırdı. Avropa Şurasının rəhbəri Antonio Koştanın fikrincə, bu “məxfilik” Aİ ölkələrinin liderlərinə “azad və səmimi” ünsiyyət qurmağa imkan verməli idi. Bununla belə, Avropa Şurası fövqəladə sammitin keçiriləcəyi yeri Brüsseldəki Eqmont Sarayına, konfrans zalına köçürüb. Bu qərar, təhlükəsizliyin təmin edilməsi üçün zəruri olan tədbirlərin yenidən qiymətləndirilməsi ilə bağlı olub.