Son Xəbərlər
Azərbaycan Hava Yollarının (AZAL) 24 iyun 2026-cı il tarixinə planlaşdırılan
Gürcüstanın Tbilisi şəhərində BMT-nin Dövlət Xidmətləri Forumunun açılış
"Azərbaycanda kasko sığortasına yeni yanaşmalar tətbiq olunacaq".
Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən yağıntılı və qeyri-sabit hava
Daşınmaz əmlak üzərində hüquqların əldə edilməsində dövlət reyestri və
“Yüksək tələbatı nəzərə alaraq, aktiv bilet satışı dövrünün hazırkı 30 gündən
İstirahət üçün təhlükəsiz məkan hesab edilməsinə baxmayaraq, suyun
ABŞ Prezidenti Donald Tramp bioloji baxımdan kişi olan transgenderlərin qadın
Avstriyalı fermer Rudolf Şaubax qoyunları canavarlardan qorumaq üçün xüsusi
Çex Respublikasının Prezidenti Petr Pavel hökumətin onu qarşıdan gələn NATO

Putin bu dəfə Trampa özü cavab verdi - “Heç vaxt...”

25 yan 2025, 09:25
Putin bu dəfə Trampa özü cavab verdi - “Heç vaxt...”

“Rusiya heç vaxt təmaslardan imtina etməyib”. 

Liderxeber.az “Komsomolskaya Pravda”ya istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin “Moskva. Kreml. Putin” verilişinin aparıcısı Pavel Zarubinə müsahibəsində deyib.

“Bizim günahımız deyil ki, əvvəlki administrasiya bu təmaslardan imtina edib. ABŞ-nin indiki prezidenti ilə mənim istisnasız olaraq işgüzar, lakin eyni zamanda praqmatik və etibarlı münasibətlərim olub. Əgər 2020-ci ildə onun prezident seçkilərində qələbəsini oğurlamasaydılar, bəlkə də Ukraynada 2022-ci ildə yaranan böhran olmazdı. Baxmayaraq ki, Tramp ilk prezidentiliyi dövründə Rusiyaya qarşı çoxlu sanksiyalar tətbiq etmişdi. Mən bu qərarın ABŞ-nin maraqlarına uyğun olduğunu düşünmürəm. Bayden də həmin estafet çubuğunu ələ keçirib, daha çox sanksiya tətbiq etdi. Nəticə də bəllidir. Həmin qərarların bir çox ABŞ-nin öz iqtisadiyyatına zərər verir”, - Putin qeyd edib.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp tezliklə Vladimir Putinlə görüş keçirmək niyyətində olduğunu bildirib. Kremlin rəsmi sözçüsü Dmitri Peskov isə Putinin amerikalı həmkarı ilə təmasa hazır olduğunu deyib.

Həmçinin Tramp Ukraynadakı münaqişənin tezliklə həll olunmayacağı təqdirdə Rusiya ixracına yeni rüsumlar və sanksiyalar tətbiq etmək niyyətində olduğunu açıqlayıb.