Son Xəbərlər
Bu gün dünya çempionatında qrup mərhələsinin ikinci turuna start veriləcək.
İsveçrənin Bürgenstok şəhərində iyunun 19-da ABŞ və İran arasında mövcud
Talent Staff & Business Solutions şirkətinin təsisçisi və direktoru,
Əziz zəvvarlar! "Zeynəb Əliyyun" MMC Travel sizi Ərbəin ziyarətinə
“Xəzər Universiteti Dünya Məktəbi” MMC-nin İnsan Resursları departamentinin
Bakıda İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının
Moskvaya son 2 ilin ən böyük dron hücumu olub. Liderxeber.az xəbər verir ki,
Bakı şəhəri, Nizami rayonunda yerləşən Neft Emalı Zavodunda yanğın baş verib.
Bakı-Sumqayıt yolunda baş verən ağır yol-nəqliyyat hadisəsində qızı Zəhra
“İran memorandum üzrə sözlərinə yox, əməllərinə görə qiymətləndiriləcək”.

Nigeriyada yanacaqdaşıyan maşının partlaması nəticəsində ölənlərin sayı 86-ya çatıb

20 yan 2025, 08:50
Nigeriyada yanacaqdaşıyan maşının partlaması nəticəsində ölənlərin sayı 86-ya çatıb

Nigeriyada yanacaqdaşıyan maşının partlaması nəticəsində ölənlərin sayı 70-dən 86-ya yüksəlib.

Liderxeber.az “Thisday Live” portalına istinadən xəbər verir ki, bunu Niger ştatının Fövqəladə Hallar Agentliyinin baş direktoru Əlhacı Abdullahi Baba Ara açıqlayıb.

Qeyd olunub ki, Dikko yaşayış məntəqəsində hadisə yerində dağıntıların təmizlənməsi davam edir. Zərərçəkənlərə yerli xəstəxanalarda tibbi yardım göstərilir.

Şahidlərin sözlərinə görə, əvvəlki gün 60 ton benzin daşıyan maşın yolda aşıb. Yanacağı köçürmək üçün başqa bir benzin maşını gəlib. Tökülən yanacağı yığmaq istəyən yerli sakinlər qəza yerinə yaxınlaşıblar. Bu zaman partlayış, daha sonra yanğın baş verib.