Son Xəbərlər
Azərbaycan Hava Yollarının (AZAL) 24 iyun 2026-cı il tarixinə planlaşdırılan
Gürcüstanın Tbilisi şəhərində BMT-nin Dövlət Xidmətləri Forumunun açılış
"Azərbaycanda kasko sığortasına yeni yanaşmalar tətbiq olunacaq".
Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən yağıntılı və qeyri-sabit hava
Daşınmaz əmlak üzərində hüquqların əldə edilməsində dövlət reyestri və
“Yüksək tələbatı nəzərə alaraq, aktiv bilet satışı dövrünün hazırkı 30 gündən
İstirahət üçün təhlükəsiz məkan hesab edilməsinə baxmayaraq, suyun
ABŞ Prezidenti Donald Tramp bioloji baxımdan kişi olan transgenderlərin qadın
Avstriyalı fermer Rudolf Şaubax qoyunları canavarlardan qorumaq üçün xüsusi
Çex Respublikasının Prezidenti Petr Pavel hökumətin onu qarşıdan gələn NATO

Gürcüstan Xüsusi İstintaq Xidməti Tbilisidəki etiraz aksiyaları ilə bağlı detalları açıqlayıb

17 yan 2025, 11:00
Gürcüstan Xüsusi İstintaq Xidməti Tbilisidəki etiraz aksiyaları ilə bağlı detalları açıqlayıb

Gürcüstan Xüsusi İstintaq Xidməti Tbilisidə təşkil olunan etiraz aksiyalarında baş verən hadisələrlə bağlı istintaqın gedişi barədə məlumat yayıb.

Liderxeber.az-ın yerli bürosunun məlumatına görə, Gürcüstan Xüsusi İstintaq Xidməti 2024-cü ilin noyabr və dekabr aylarında Tbilisidə keçirilən etiraz aksiyalarında iştirakçılara qarşı vəzifə səlahiyyətlərinin zorakı yolla aşılması və jurnalistlərin peşə fəaliyyətinə qanunsuz müdaxilə faktları ilə bağlı aparılan istintaqın detallarını açıqlayıb.

Bildirilib ki, istintaq çərçivəsində indiyədək 343 nəfər, o cümlədən 49 jurnalist dindirilib. Aksiyada xəsarət alan 226 nəfər üzrə tibbi ekspertizalar təyin edilib.

İstintaq aksiyanın keçirildiyi ərazi və ətraf küçələrdə yerləşdirilən müşahidə kameralarının 1400 saatlıq görüntülərini araşdırır. Sübutların toplanması məqsədilə 59 nəfərin geyimləri ekspertizaya təqdim olunub.

Eyni zamanda, polis əməkdaşlarının və saxlanılan şəxslərin ifadələri alınır. Toplanmış sübutlar əsasında 52 nəfərə zərərçəkmiş statusu verilib.

Bundan əlavə, 2024-cü il dekabrın 7-də Tbilisidə “TV Pirveli” əməkdaşlarına hücum faktı üzrə istintaq davam edir. İstintaq çərçivəsində 52 nəfər dindirilib, video görüntülər araşdırılır və ekspertizalar təyin olunub.

Xüsusi İstintaq Xidməti istintaqın nəticələri barədə ictimaiyyəti əlavə məlumatlandıracağını bildirib.