Son Xəbərlər
ABŞ Prezidenti Donald Tramp bioloji baxımdan kişi olan transgenderlərin qadın
Avstriyalı fermer Rudolf Şaubax qoyunları canavarlardan qorumaq üçün xüsusi
Çex Respublikasının Prezidenti Petr Pavel hökumətin onu qarşıdan gələn NATO
Təxminən 30 ildir Everest dağının “ölüm zonası”nda qalan və alpinistlər
Bu gün Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində
İran İslam Respublikası İslam Şurası Məclisinin sədri Məhəmməd Baqer Qalibaf
2026-cı il Dünya Çempionatında maraqlı bir rekord qeydə alınıb. Liderxeber.az
Azərbaycanda bir sıra dövlət qulluqçuları təltif edilib. Liderxeber.az xəbər
“İran nüvə proqramı ilə bağlı gələcəkdə uzunmüddətli və ən yüksəksəviyyəli
23 iyun 2026-cı il tarixdə Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı

İsrail yenilənmiş sülh layihəsini HƏMAS-a təhvil verib

05 dek 2024, 11:32
İsrail yenilənmiş sülh layihəsini HƏMAS-a təhvil verib

İsrail yenilənmiş sazişini Fələstinin HƏMAS hərəkatına təqdim edib.

Liderxeber.az xəbər verir ki, bu barədə "Axios" portalı yazıb.

Qeyd olunur ki, yeni layihə bəzi israilli girovların azad edilməsini, eləcə də Qəzza zolağında atəşkəsin əldə olunmasını nəzərdə tutur.

Yeni razılaşma ötən həftə baş nazir Benyamin Netanyahu, nazirlər və təhlükəsizlik qurumlarının rəhbərləri arasında keçirilən görüşdə razılaşdırılıb. Sənəd iki tərəf arasında danışıqların mümkünlüyünü təklif edir. Bundan əlavə, 42 gündən 60 günə qədər atəşkəs nəzərdə tutulur.

Qeyd edək ki, Fələstinin HƏMAS və FƏTH təşkilatları müharibədən sonrakı Qəzza zolağının idarə olunması üçün birgə komitə yaratmaq barədə də razılığa gəliblər. Onlar Qahirədə baş tutan danışıqlardan sonra sazişi təsdiqləyiblər.

Sənədə əsasən, birgə komitəyə humanitar yardım, təhsil, səhiyyə, iqtisadiyyat və İsraillə müharibə başa çatdıqdan sonra Qəzza zolağının yenidən qurulmasına cavabdeh olacaq 10-15 nəfər daxil olacaq.