Son Xəbərlər
Prezident İlham Əliyev qeyri-neft-qaz malları üzrə ixracın dəstəklənməsi ilə
Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasına seçkilərin 2026-cı il
Xəbər verdiyimiz kimi, “Narmiw.Niko” bloqunun sahibi Nərmin Əliyevanın bacısı
Türkiyənin Tokat vilayətinin Artova rayonunda qayınatasını döyərək öldürdüyü
AXCP sədri Əli Kərimli barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin
Bu gün “Qarabağ”ın Avropa Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibinin
“Yeni Dövlət Proqramı 2026-2030-cu illərdə kənd təsərrüfatı məhsullarının
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 16-da Müqəddəs
Jurnalist vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə ödəniş ləğv
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya

Türkiyədəki güclü zəlzələ nəticəsində 100-ə yaxın şəxs xəsarət alıb - YENİLƏNİB-4

16 okt 2024, 16:29
Türkiyədəki güclü zəlzələ nəticəsində 100-ə yaxın şəxs xəsarət alıb - YENİLƏNİB-4

Türkiyədə baş verən güclü zəlzələ nəticəsində 94 nəfər yaralanıb.

Liderxeber.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu barədə Elazığ valisi Numan Hatipoğlu bildirib.

Onun sözlərinə görə, zəlzələ nəticəsində eyni zamanda iki bina ziyan görüb.

Zəlzələ ilə əlaqədar ölkənin Malatya, Elazığ, Şanlıurfa, Batman ve Adıyaman vilayətlərində tədris prosesi bir günlük dayandırılıb.

14.16

Türkiyədə baş verən güclü zəlzələ nəticəsində 4 nəfər yaralanıb.

Liderxeber.az xəbər verir ki, bu barədə Malatya Valisi Seddar Yavuz jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, həmin şəxslərdən biri eyvandan tullandığına, digərləri isə pilləkənləri sürətlə düşdüyünə görə xəsarət alıb.

12.47

Türkiyədə baş verən güclü zəlzələ nəticəsində üç bina qismən çöküb.

Liderxeber.az xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya "X"-də etdiyi paylaşımda bildirib.

O qeyd edib ki, Malatya, Elazığ və Şanlıufa vilayətlərinin hər birində bir bina qismən çöküb.

Nazir bildirib ki, insan itkisi barədə məlumat hələ ki yoxdur.

A.Yerlikanın sözlərinə görə, zəlzələ ilə əlaqədar indiyə kimi 112 qaynar xəttinə 374 müraciət daxil olub.

12:19

Türkiyədə zəlzələnin baş verdiyi Malatya vilayətində təhsil müəssisələrində tədris birgünlük dayandırılıb.

Liderxeber.az xəbər verir ki, bunu şəhər valisi Seddar Yavuz bildirib.

O deyib ki, təbii fəlakətin nəticəsi olaraq mənfi məlumat hələ ki yoxdur.

Məlumata görə, Malatya ilə yanaşı, Elazığda da məktəblilər tətilə buraxılıb.

11:59

Türkiyədə 5.9 maqnitudalı zəlzələ olub.

Liderxeber.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Zəlzələ Malatya vilayətində qeydə alınıb.

Təbii fəlakət ətraf ərazilərdə də hiss edilib.

Ölkənin daxili işlər naziri Ali Yerlikaya zəlzələ barədə "X" hesabındakı paylaşımında bildirib ki, aidiyyəti qurumlar AFAD-la birgə ərazi araşdırmalarına başlayıb.