Son Xəbərlər
Milli Hidrometeorologiya Xidməti noyabrın 22-də Bakıda və Abşeron
Təbiətdə olan müəyyən qida maddələrindən hazırlanmış şirələr, sağlamlıq üçün
Prezident İlham Əliyev Azərbaycan Dövlət Tərcümə Mərkəzinin və Azərbaycan
Alimlər "yerli vaxt" konsepsiyasını təklif ediblər. Liderxeber.az
"Brent" markalı etalon neftin bir barelinin qiyməti cümə axşamı 74
Beynəlxalq Cinayət Məhkəməsi (BCM) İsrailin Baş naziri Benyamin Netanyahu və
COP29 çərçivəsində “EkoSfera” Sosial Ekoloji Mərkəzi uşaqların və gənclərin
Şəhid ailələrinin yaşayış sahəsi uçotuna dair yeni qaydalar təsdiq edilib.
“Cəmi 1 qəpik sosial sığorta ödənişi olan şəxsə minimum pensiyanı ödəyirik”.
banner

İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 500-ə yaxınlaşır

24 sen 2024, 08:33
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 500-ə yaxınlaşır

İsrailin Livanın cənub və şərqindəki ərazilərə endirdiyi aviazərbələr nəticəsində ölənlərin sayı 492-yə çatıb, 1645 nəfər yaralanıb.

Liderxeber.az xəbər verir ki, bu barədə "Reuters" ölkənin Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, hava hücumlarının qurbanları arasında 35 uşaq və 58 qadın da var.

İsrail Hərbi Hava Qüvvələrinin Livanın cənub və şərqindəki yaşayış məntəqələrinə endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 274-dən 325-ə yüksəlib, 1 200 nəfər yaralanıb.

Liderxeber.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinə istinadən "Al Mayadeen" telekanalı məlumat yayıb.

Daha əvvəl səhiyyə naziri vəzifəsini icra edən Firas Abyad hava zərbələri nəticəsində 21 uşaq və 39 qadının həlak olduğunu bildirib. Bir neçə təcili yardım işçisi də avtomobillərinin hava zərbələrinə məruz qalması nəticəsində həlak olub.

Səhiyyə Nazirliyi rəhbərinin sözlərinə görə, livanlılar 1975-1990-cı illərdə vətəndaş müharibəsi başa çatdıqdan sonra ilk dəfədir ki, belə itkilərə məruz qalırlar.

İsrail Silahlı Qüvvələrinin Livanın cənubuna endirdiyi zərbələr nəticəsində 274 nəfər həlak olub, mindən çox insan yaralanıb.

Liderxeber.az xəbər verir ki, bu barədə Livanın səhiyyə naziri Firas Abyad bildirib.

"İsrailin Livanın cənubuna hücumu nəticəsində ölənlərin sayı 274 nəfərə çatıb, 1024 nəfər isə yaralanıb", - o qeyd edib.

İsrailin Livanın cənubunda yerləşən yaşayış məntəqələrinə endirdiyi aviazərbələr nəticəsində ölənlərin sayı 100-dən 182-yə yüksəlib, 727 nəfər yaralanıb.

İsrail ordusunun Livanın cənubundakı "Hizbullah" mövqelərinə endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 182 nəfərə çatıb.

Liderxeber.az xəbər verir ki, bu barədə Livan Səhiyyə Nazirliyi məlumat verib.

Yaralıların sayının isə 727 nəfərə çatdığı bildirilir.

Qeyd edək ki, bu gün səhər saatlarında İsrail ordusu mülki şəxslərə "Hizbullah"ın silah saxlamaq üçün istifadə etdiyi yerlərdən uzaqlaşmaları barədə xəbərdarlıq edib.

İsrail ordusunun "Hizbullah"ın Livanın cənubundakı mövqelərinə endirdiyi zərbələr nəticəsində ölənlərin sayı artıb.

Liderxeber.az xəbər verir ki, Livan Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, ölənlərin sayı 100 nəfərə çatıb.

Yaralıların sayının isə 400-ü ötdüyü bildirilir.