Son Xəbərlər
Paytaxt ərazisində cari ilin 5 ayı ərzində motosiklet və mopdelərin iştirakı
“Ukrayna Prezidenti Volodimir Zelenskinin Belarusa yönələn təhdidləri Minski
Qumar oyunlarının təkrar keçirilməsi üçün yer təşkil etmə və ya saxlamanı
İyunun 24-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
Bakıda sirkədən zəhərlənən kişi xəstəxanada vəfat edib. Liderxeber.az xəbər
Bu gün Azərbaycan Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar
Azərbaycan Prezidenti İlham Əliyev Lüksemburqun Böyük Hersoqu Giyoma təbrik
Çuğundur, ispanaq və kələm kimi tərəvəzləri qəbul etdikdən sonra saqqız
Sumqayıtda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin

Husilər Qırmızı dənizdə Rusiyadan gələn gəmiyə ciddi ziyan vurublar

13 iyn 2024, 08:48
Husilər Qırmızı dənizdə Rusiyadan gələn gəmiyə ciddi ziyan vurublar

Yəmənin "Ansar Allah" üsyançı hərəkatının husiləri pilotsuz qayığı Qırmızı dənizdə Yunanıstanın "Tutor" gəmisinə zərbə endirib.

Liderxeber.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının “X” sosial şəbəkəsindəki səhifəsində bildirilib.

"İran tərəfindən dəstəklənən, ekipajsız husilərə məxsus suüstü aparat Qırmızı dənizdə Liberiya bayrağı altında üzən, Yunanıstana məxsus və idarə olunan "Tutor" ticarət gəmisinə zərbə endirib. "Tutor" gəmisi sonuncu dəfə Rusiyaya yan alıb", - məlumatda deyilir. Hücum nəticəsində mühərrik bölməsi zədələnib və gəmidə geniş sızma meydana gəlib. Zərərçəkənlər barədə məlumat verilmir.

Bundan əvvəl husilərin hərbi nümayəndəsi Yəhya Saria “Tutor”un ciddi ziyan gördüyünü, bata biləcəyini söyləyib. O, gəminin "sahib olduğu şirkətin işğal olunmuş Fələstinin limanlarına keçid qadağasını pozduğu" üçün hücuma məruz qaldığını iddia edib.