Son Xəbərlər
Paytaxt ərazisində cari ilin 5 ayı ərzində motosiklet və mopdelərin iştirakı
“Ukrayna Prezidenti Volodimir Zelenskinin Belarusa yönələn təhdidləri Minski
Qumar oyunlarının təkrar keçirilməsi üçün yer təşkil etmə və ya saxlamanı
İyunun 24-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
Bakıda sirkədən zəhərlənən kişi xəstəxanada vəfat edib. Liderxeber.az xəbər
Bu gün Azərbaycan Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar
Azərbaycan Prezidenti İlham Əliyev Lüksemburqun Böyük Hersoqu Giyoma təbrik
Çuğundur, ispanaq və kələm kimi tərəvəzləri qəbul etdikdən sonra saqqız
Sumqayıtda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin

Dünyada münaqişələrin sayı kritik həddə çatıb

12 iyn 2024, 10:15
Dünyada münaqişələrin sayı kritik həddə çatıb

Dünyada aktiv münaqişələrin sayı İkinci Dünya Müharibəsindən bəri rekord həddə çatıb.

Hazırda 56 ölkədə, o cümlədən Ukrayna, Qəzza, Suriya, Əfqanıstan, Kolumbiya və digər ölkələrdə böhranlı vəziyyət müşahidə olunur. Bunu İqtisadiyyat və Sülh İnstitutunun (IEP) araşdırması sübut edir.

Təhlilçilər acınacaqlı tendensiyanı qeyd ediblər. Bu münaqişələr getdikcə beynəlxalq xarakter alır. Belə ki, 92 ölkə öz hüdudlarından kənarda müharibələrdə iştirak edir.

"Müşahidələrimiz son on ildə, xüsusən də son beş ildə dünyada vəziyyətin pisləşməsidir. Sosial-iqtisadi səviyyədə dünya yaxşılaşır, insanlar daha çox və daha yaxşı yaşayır, lakin biz həm iqtisadi, həm də sülh baxımından ölkələr arasında uçurumların getdikcə genişlənməsini görürük", - IEP-nin icraçı direktoru Maykl Kollins bildirib.

Qeyd olunub ki, aşağı intensivlikli hərbi əməliyyatların açıq münaqişəyə və hətta böyük müharibələrə çevrilməsi riski artıb.

"Dünyadakı hökumətlərin böyük böhranlara çevrilməmiş bir çox kiçik münaqişələri həll etmək üçün səylərini gücləndirmələri çox vacibdir", - deyə IEP-nin təsisçisi və baş direktoru Stiv Killelea vurğulayıb.