Son Xəbərlər
Paytaxt ərazisində cari ilin 5 ayı ərzində motosiklet və mopdelərin iştirakı
“Ukrayna Prezidenti Volodimir Zelenskinin Belarusa yönələn təhdidləri Minski
Qumar oyunlarının təkrar keçirilməsi üçün yer təşkil etmə və ya saxlamanı
İyunun 24-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
Bakıda sirkədən zəhərlənən kişi xəstəxanada vəfat edib. Liderxeber.az xəbər
Bu gün Azərbaycan Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar
Azərbaycan Prezidenti İlham Əliyev Lüksemburqun Böyük Hersoqu Giyoma təbrik
Çuğundur, ispanaq və kələm kimi tərəvəzləri qəbul etdikdən sonra saqqız
Sumqayıtda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin

ABŞ Dövlət Departamenti Norveçə təxminən 2 milyard dollarlıq raket satışına icazə verib

12 iyn 2024, 09:41
ABŞ Dövlət Departamenti Norveçə təxminən 2 milyard dollarlıq raket satışına icazə verib

Dövlət Departamenti Norveçə ümumi dəyəri təxminən 1,94 milyard dollar olan ortamənzilli “hava-hava” raketlərinin mümkün satışını təsdiqləyib.

Liderxeber.az xəbər verir ki, bu barədə hökumətlərarası müqavilələr əsasında xaricə hərbi texnika və silahların tədarükünə cavabdeh olan ABŞ Müdafiə Nazirliyinin Təhlükəsizlik Əməkdaşlığı Agentliyi məlumat yayıb.

Bildirilib ki, Norveç iqtidarı Vaşinqtondan 300 ədəd AMRAAM, həmçinin onlar üçün 20 istiqamətləndirmə sistemi tələb edib. Bundan əlavə, sövdələşməyə köməkçi avadanlıqlar, xüsusilə ehtiyat hissələri, istehlak materialları, proqram təminatı, texniki sənədlər, eləcə də texniki və logistik dəstək daxildir.