Son Xəbərlər
Paytaxt ərazisində cari ilin 5 ayı ərzində motosiklet və mopdelərin iştirakı
“Ukrayna Prezidenti Volodimir Zelenskinin Belarusa yönələn təhdidləri Minski
Qumar oyunlarının təkrar keçirilməsi üçün yer təşkil etmə və ya saxlamanı
İyunun 24-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
Bakıda sirkədən zəhərlənən kişi xəstəxanada vəfat edib. Liderxeber.az xəbər
Bu gün Azərbaycan Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar
Azərbaycan Prezidenti İlham Əliyev Lüksemburqun Böyük Hersoqu Giyoma təbrik
Çuğundur, ispanaq və kələm kimi tərəvəzləri qəbul etdikdən sonra saqqız
Sumqayıtda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin

Makron parlamenti buraxdı

10 iyn 2024, 09:56
Makron parlamenti buraxdı

Fransa Prezidenti Emmanuel Makron Avropa Parlamentinə (AP) keçirilən seçkilərdə ifrat sağçıların ölkəsində böyük fərqlə birinci yerə çıxmasından sonra parlamenti (Fransa Milli Assambleyası) buraxıb və növbədənkənar ümumi seçkilər keçirmək qərarına gəlib.

Liderxeber.az xarici mediaya istinadən xəbər verir ki, Fransada keçirilən AP seçkilərində ifrat sağçı “Milli Ralli Partiyası” (RN) böyük fərqlə (31,50 %) birinci, Makronun partiyası “Renessans” isə 15,2 % səslə ikinci olub.

Makron partiyasının böyük fərqlə məğlub olmasından sonra açıqlama verərək nəticələrin Avropanı müdafiə edən partiyalar üçün yaxşı olmadığını bildirib. O, erkən seçkilərin 30 iyun-7 iyul tarixləri arasında keçiriləcəyini qeyd edib.