Qazaxıstan vətəndaşlarına yeni növ koronavirus infeksiyası və qızılcadan qorunmaq üçün yenidən maska taxmaq tövsiyə olunur.
LiderXəbər-in Mərkəzi Asiya bürosu Qazaxıstan KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Baş Dövlət Sanitar Həkimi Ayjan Esmaqambetovanın göstərişində deyilir.
Qərarda hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklərin yayılmasının qarşısının alınması üçün profilaktik tədbirlərin gücləndirilməsinin vacibliyi qeyd olunur.