Son Xəbərlər
15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluş Kuboku – 2026”
Bölgələrdə içməli su infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata
Bəhreynin hava hücumundan müdafiə qüvvələri iyunun 6-da 3 raket və bir neçə
7 iyun tarixinə təyin edilmiş Ermənistanda parlament seçkiləri artıq standart
Rusiyanın Sankt-Peterburq şəhəri bu gün səhər saatlarında genişmiqyaslı dron
İyunun 7-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İranın xarici işlər naziri Abbas Əraqçi Livan Prezidenti Cozef Aunun Tehranın
Bakıda həyata keçirilən yenidənqurma və şəhərsalma layihələri çərçivəsində bir
Bu gün Mədinə şəhərindən zəvvarların ilk qrupu Azərbaycana yola salınıb.
Bu gün Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Polşanın paytaxtı

Fransa hökuməti yanılır ki, Azərbaycana qarşı bu tərzdə siyasət yürütməklə, nəyəsə nail olmaq qeyri-mümkündür

06 fev 2024, 09:42
Fransa hökuməti yanılır ki, Azərbaycana qarşı bu tərzdə siyasət yürütməklə, nəyəsə nail olmaq qeyri-mümkündür

Fransa hökumətinin 44 günlük Vətən Müharibəsi və ondan sonrakı dövrdə işğalçı Ermənistanı açıq-aşkar surətdə dəstəklədiyi, birtərəfli siyasət apardığı heç kəsə sirr deyil. Bir müddət öncə Fransa Parlamentinin hər iki palatası, hətta Ermənistanın belə bir zamanlar tanımadığı, artıq keçmişdə qalmış qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanımağa çağıran sənədlər qəbul etmişdi. Özünü beynəlxalq hüququn müdafiəçilərindən biri kimi “qələmə verən” bu dövlətin saxta, çirkin siyasəti təkcə bu faktla özünü sübut edib. Vətən Müharibəsi zamanı Ermənistan tərəfindən xarici ölkələrdən, o cümlədən Fransadan şovinist, irqçi və terrorçu muzdluların və əcnəbi terrorçu döyüşçülərin müharibə zonasına gətirilərək Azərbaycana qarşı istifadə edildiyinə dair təkzibedilməz faktlar mövcuddur. Əminliklə deyə bilərik ki, bir zamanlar dinamik şəkildə müsbət yöndə inkişaf edən Azərbaycan-Fransa münasibətləri 44 günlük müharibənin başlaması ilə nəinki pisləşdi, hətta diplomatik böhran həddinə çatmışdı. Bu dövlət həmin vaxt ilk əvvəl təmas xəttində atəşkəsin pozulmasını pisləyib neytral bəyanat versə də daha sonra prezident Makron Riqa və Brüsseldə verdiyi açıqlamalarda Türkiyəni Azərbaycanı dəstəklədiyinə görə kəskin tənqid etmiş, müharibənin Azərbaycan tərəfindən başladıldığını, Azərbaycanın münaqişə zonasına Suriyadan muzdlu döyüşçülər gətirdiyini iddia etmiş, Ölkəmizin işğal altında olan torpaqlarını hərbi yolla geri almaq cəhdlərinin qəbul edilməyəcəyini bildirmişdi.

Qeyd etməliyik ki, Fransanın Azərbaycana qarşı qərəzli münasibətinin kifayət qədər tarixçəsi vardır. Belə ki, bu ölkənin bir sıra siyasi dairələrinin uzun illər davam edən və son dövrlərdə daha da kəskinləşən açıq irqçi, azərbaycanofob, türkofob və islamofob fəaliyyəti “erməni bacılarından” aldıqları dəstəkdən qaynaqlanır. Fransa tərəfinin bu günlərdə Azərbaycan dövlətinə qarşı sərgilədiyi riyakar münasibət beynəlxalq hüquqa ziddir. Bu dövlət daimi üzvü olduğu BMT Təhlükəsizlik Şurasındakı statusundan sui-istifadə edərək qüdrətli Azərbaycana qarşı təzyiq göstərmək niyyətindədir. Lakin onlar yanılırlar ki, Ölkəmizə qarşı bu tərzdə siyasət yürütməklə nəyəsə nail olmaq qeyri-mümkündür. Bu günlərdə Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqu qəbul edən Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev nitqində bu məsələyə xüsusi yer ayıraraq lazımı ünvanlara öz mesajını göndərdi. 

İlham Gözəlov;
Neftçala rayonu