Son Xəbərlər
15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluş Kuboku – 2026”
Bölgələrdə içməli su infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata
Bəhreynin hava hücumundan müdafiə qüvvələri iyunun 6-da 3 raket və bir neçə
7 iyun tarixinə təyin edilmiş Ermənistanda parlament seçkiləri artıq standart
Rusiyanın Sankt-Peterburq şəhəri bu gün səhər saatlarında genişmiqyaslı dron
İyunun 7-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İranın xarici işlər naziri Abbas Əraqçi Livan Prezidenti Cozef Aunun Tehranın
Bakıda həyata keçirilən yenidənqurma və şəhərsalma layihələri çərçivəsində bir
Bu gün Mədinə şəhərindən zəvvarların ilk qrupu Azərbaycana yola salınıb.
Bu gün Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Polşanın paytaxtı

Vaksinlə insanlara çip taxdığı deyilən Bill Qeyts danışdı

25 yan 2024, 16:21
Vaksinlə insanlara çip taxdığı deyilən Bill Qeyts danışdı

Dünya koronavirus pandemiyası kimi böyük bir təhlükəni geridə qoyub.

Milyonlarla insanın həyatını itirdiyi pandemiya təkcə bununla kifayətlənməyib, həm də dünya nizamını dəyişdirəcək bir çox yeniliklərə səbəb olub.

LiderXəbər xarici KİV-ə istinadən xəbər veror ki, iqtisadiyyata, tədarük zəncirinə, insanların və şirkətlərin işinə təsir edən bu epidemiya ilə bağlı onlarla fərziyə və ehtimal irəli sürülüb.

Bəzi insanlar “Microsoft”un yaradıcısı Bill Qeytsi, epidemiyanı törətməldə və insanlara vaksin vasitəsilə çip taxmaqda günahlandırırdı.

Qeyts ilk dəfə podkastda mövzu ilə bağlı açıqlama verib.

Qeyts bu söz-söhbətlərdən çox da təsirlənmədiyini bildirib:

"Ümumiyyətlə, şikayət edəcəyim bir şey yoxdur. Amma bəzən küçədə gedərkən insanlar gəlib məni koronavirusdan qazanc əldə etməkdə günahlandırırlar və iddia edirlər ki, mən bu virusdan qazanc əldə edirəm və onları izləyirəm. Bu, bir neçə dəfə mənim başıma gəlib. Mənə əslində gülməli gəlir, çünki mən niyə sənin harada olduğunla maraqlanım?  Yəni, həqiqətən vaxtımı belə dəyərləndirirəm? Sizi izləyirəm?".

Koronavirus sayəsində şirkətinin qazanc əldə etməsinin gözlənilməz olduğunu deyən Qeyts, "Qlobal nöqteyi-nəzərdən bu epidemiyadan qazanc əldə etməyim və ya faydalanmağım tamamilə gözlənilməz idi. Heç vaxt belə bir şey düşünməzdim”, - deyə əlavə edib.

Qeyts vurğulayıb ki, epidemiya azaldıqca bu sui-qəsd nəzəriyyələri də azalıb. Lakin, yenə hansısa xırda hadisədə insanların onu günahlandırır.