Son Xəbərlər
15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluş Kuboku – 2026”
Bölgələrdə içməli su infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata
Bəhreynin hava hücumundan müdafiə qüvvələri iyunun 6-da 3 raket və bir neçə
7 iyun tarixinə təyin edilmiş Ermənistanda parlament seçkiləri artıq standart
Rusiyanın Sankt-Peterburq şəhəri bu gün səhər saatlarında genişmiqyaslı dron
İyunun 7-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İranın xarici işlər naziri Abbas Əraqçi Livan Prezidenti Cozef Aunun Tehranın
Bakıda həyata keçirilən yenidənqurma və şəhərsalma layihələri çərçivəsində bir
Bu gün Mədinə şəhərindən zəvvarların ilk qrupu Azərbaycana yola salınıb.
Bu gün Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Polşanın paytaxtı

Pakistan İran ərazisinə aviazərbələr endirib, 7 nəfər ölüb

18 yan 2024, 09:31
Pakistan İran ərazisinə aviazərbələr endirib, 7 nəfər ölüb

Pakistan səhər saatlarında “Marg Bar Sarmachar” adlı antiterror əməliyyatı keçirib.

LiderXəbər TASS-a istinadən xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, əməliyyat çərçivəsində İranın Sistan və Bəlucistan əyalətində yerləşən “terrorçu sığınacaqları”na zərbələr endirilib.

Hava zərbələrinin yüksək koordinasiyalı və dəqiq hədəflənmiş olduğu qeyd edilib

"Mövcud kəşfiyyat məlumatlarına əsasən, həyata keçirilən "Marg Bar Sarmachar" kod adlı əməliyyatda, bir neçə terrorçu məhv edilib”, - məlumatda vurğulanır.

İranın Tasnim Agentliyi isə Sistan və Bəlucistan əyalətinin Seravan rayonu yaxınlığında baş verən partlayışlarda 7 nəfərin həlak olduğunu bildirib. Partlayış nəticəsində həlak olanların üçünün qadın, dördünün uşaq olduğu vurğulanır. Ölənlərin hamısının İran vətəndaşı olmadığı da bildirilib.