Son Xəbərlər
Biz Braziliya ilə dostluq və əməkdaşlıq əlaqələrinin inkişafına böyük
Azərbaycanın paracüdoçusu Xatirə İsmiyeva (J1 kateqoriyası) Fransada təşkil
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz
Müdafiə naziri general-polkovnik Zakir Həsənov və müdafiə nazirinin müavini -
Naxçıvanda "N" saylı hərbi hissənin komandiri, polkovnik Samir
Hebey Universitetinin (Çin) alimlərindən ibarət elmi qrup kəpəyə səbəb olan
Rusiya və İran Prezidentləri Vladimir Putinlə Məsud Pezeşkian arasında görüş
Yaşlandıqca bədəndəki dəyişikliklər, məsələn, duruşun pisləşməsi, əzələ gücü
Bu gün intihar edərək həyatını itirən hərbçimizin fotoları yayılıb.
banner

NASA Aya eniş edəcəyi tarixi açıqlayıb

05 dek 2023, 08:54
NASA Aya eniş edəcəyi tarixi açıqlayıb

ABŞ-ın Milli Aerokosmik Agentliyi (NASA) yaxın vaxtlarda Aya eniş əməliyyatlarını yenidən bərpa etmək niyyətindədir.

LiderXəbər Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, amerikalı astronavtların 1969-cu ildə Aya ayaq basmasından yarım əsrdən də çox vaxt keçsə də, bu mövzu ilə bağlı ortaya atılan yeni nəzəriyyələrin ardı-arası kəsilmir.

ABŞ-ın səlahiyyətli orqanları bu səfəri yenidən təkrarlamağa hazır olduqlarını və gələn ilin yanvar ayının 25-də Aya kosmik qurğu endirməyi planlaşdırdıqlarını bəyan ediblər. “Pereqrin” adı verilən bu qurğuda insan olmayacağı üçün Aya eniş əməliyyatının bu dəfə elə də həyəcan yaratmayacağı bildirilir.

“Pereqrin” cihazı Aydan müxtəlif nümunələr toplayacaq və gələcəkdə insanlardan ibarət “Artemis” ekspedisiyanın Aya edəcəyi eniş əməliyyatlarının uğurlu olmasına zəmin yaradacaq.

Qeyd edək ki, indiyə qədər Aya yalnız dörd ölkə - ABŞ, SSRİ, Çin və Hindistan uğurla eniş etməyə müvəffəq olub.