Son Xəbərlər
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Silahlı
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə
Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Bakı Dövlət Kamera
Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə
Türkiyəli müğənni Mahsun Kırmızıgül Bakıya gəlib. Liderxeber.az xəbər verir

Müdafiə naziri və Quru Qoşunları komandanı şərti sərhəd istiqamətində dislokasiya olunan bölmələrdə

07 sen 2024, 11:38
Müdafiə naziri və Quru Qoşunları komandanı şərti sərhəd istiqamətində dislokasiya olunan bölmələrdə

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və müdafiə nazirinin müavini - Quru Qoşunların komandanı general-leytenant Hikmət Mirzəyev şərti sərhəd istiqamətində dislokasiya olunan bölmələrdə xidmət edən hərbi qulluqçuların sosial-məişət şəraiti ilə tanış olublar.

Liderxeber.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hərbi qulluqçuların xidməti fəaliyyətinin yüksək səviyyədə təşkili məqsədilə bütün lazımi infrastruktur qurulub və maddi-texniki təminatı normalara uyğun olaraq tam həcmdə həyata keçirilir.

Sonra hərbi qulluqçularla görüşən müdafiə naziri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı sayəsində hərbi qulluqçuların xidməti və sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində Azərbaycan Ordusunda həyata keçirilən tədbirlərdən danışıb.

Hərbi qulluqçularla söhbət zamanı general-polkovnik Z.Həsənov şəxsi heyətin qayğıları ilə maraqlanıb, onların peşəkarlığının, bilik və bacarıqlarının inkişaf etdirilməsi ilə bağlı müvafiq tövsiyələr verib.