Son Xəbərlər
Bəhreynin hava hücumundan müdafiə qüvvələri iyunun 6-da 3 raket və bir neçə
7 iyun tarixinə təyin edilmiş Ermənistanda parlament seçkiləri artıq standart
Rusiyanın Sankt-Peterburq şəhəri bu gün səhər saatlarında genişmiqyaslı dron
İyunun 7-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İranın xarici işlər naziri Abbas Əraqçi Livan Prezidenti Cozef Aunun Tehranın
Bakıda həyata keçirilən yenidənqurma və şəhərsalma layihələri çərçivəsində bir
Bu gün Mədinə şəhərindən zəvvarların ilk qrupu Azərbaycana yola salınıb.
Bu gün Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Polşanın paytaxtı
İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) ABŞ ordusunun İran ərazisindəki bəzi
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Hörmüz boğazı üzərində uçan dörd İran

Yeni Zelandiya İsrail və Qəzzaya humanitar yardım məqsədilə 3 milyon dollar ayıracaq

17 okt 2023, 12:15
Yeni Zelandiya İsrail və Qəzzaya humanitar yardım məqsədilə 3 milyon dollar ayıracaq

Yeni Zelandiya İsrail və Qəzzaya humanitar yardım məqsədilə 3 milyon dollar ayıracaq.

LiderXəbər xəbər verir ki, bu barədə ölkənin Baş naziri Kris Hipkins bildirib.

Hökumət başçısının sözlərinə görə, vəsaitin yarısı Beynəlxalq Qızıl Xaç Komitəsinin, digər hissəsi isə BMT-nin xətti ilə göndəriləcək.

“Yeni Zelandiya hökuməti İsrail, Qəzza zolağı və İordan çayının qərb sahilində yaşayan sakinlərə humanitar yardım məqsədilə 5 milyon Yeni Zelandiya dolları (təxminən 3 milyon ABŞ dolları) həcmində vəsait ayıracaq.

Vəsaitin yarısı Beynəlxalq Qızıl Xaç Komitəsinin xətti ilə tibbi yardımın təşkili üçün göndəriləcək.

Qalan hissəsi isə Qəzza zolağı və İordan çayının qərb sahilində ərzaq təhlükəsizliyi problemini həll etmək üçün BMT-nin Ümumdünya Ərzaq Proqramı xətti göndəriləcək”, - deyə Yeni Zelandiyanın hökumət başçısı qeyd edib.