Son Xəbərlər
Bəhreynin hava hücumundan müdafiə qüvvələri iyunun 6-da 3 raket və bir neçə
7 iyun tarixinə təyin edilmiş Ermənistanda parlament seçkiləri artıq standart
Rusiyanın Sankt-Peterburq şəhəri bu gün səhər saatlarında genişmiqyaslı dron
İyunun 7-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İranın xarici işlər naziri Abbas Əraqçi Livan Prezidenti Cozef Aunun Tehranın
Bakıda həyata keçirilən yenidənqurma və şəhərsalma layihələri çərçivəsində bir
Bu gün Mədinə şəhərindən zəvvarların ilk qrupu Azərbaycana yola salınıb.
Bu gün Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Polşanın paytaxtı
İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) ABŞ ordusunun İran ərazisindəki bəzi
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Hörmüz boğazı üzərində uçan dörd İran

Rusiya polisi azərbaycanlı blogerlə bağlı yoxlama aparacaq

13 okt 2023, 11:57
Rusiya polisi azərbaycanlı blogerlə bağlı yoxlama aparacaq

Rusiya hüquq-mühafizə orqanları azərbaycanlı bloger Hüseyn Həsənovla bağlı yoxlamalar aparacaq.

LiderXəbər xəbər verir ki, bu barədə Rusiyanın Təhlükəsiz İnternet Liqasının direktoru Yekaterina Mizulina bildirib. 

"Polis qumar oyunlarının təşkili və reklamı ilə bağlı qanunsuz fəaliyyətlərinə görə Hüseyn Həsənov, Eqor Krid, Yuri Xovanski və digər videoblogerlərlə bağlı əlavə yoxlamalar aparır. Bu, Təhlükəsiz İnternet Liqasının cinayət işinin başlanmasından imtina qərarı ilə bağlı prokurorluğa müraciətindən sonra baş verib” deyə, Yekaterina teleqram kanalında yazıb.

Onun sözlərinə görə, Moskva Şəhər Prokurorluğu əvvəlki yoxlamada prosessual qanun pozuntularını müəyyən edib və buna görə də nəzarət tədbirləri görülüb.

Qeyd edək ki, daha əvvəl Hüseyn və Azərbaycanı beynəlxalq yarışlarda təmsil edən gimnast Samirə Mustafayeva vergidən yayınma və çirkli pulların yuyulmasında iştirakı iddialarına görə yoxlanılıb. Onların adları Rusiyanın Daxili İşlər Nazirliyinin tərtib etdiyi “qara siyahı”ya salınıb.