Son Xəbərlər
Bəhreynin hava hücumundan müdafiə qüvvələri iyunun 6-da 3 raket və bir neçə
7 iyun tarixinə təyin edilmiş Ermənistanda parlament seçkiləri artıq standart
Rusiyanın Sankt-Peterburq şəhəri bu gün səhər saatlarında genişmiqyaslı dron
İyunun 7-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İranın xarici işlər naziri Abbas Əraqçi Livan Prezidenti Cozef Aunun Tehranın
Bakıda həyata keçirilən yenidənqurma və şəhərsalma layihələri çərçivəsində bir
Bu gün Mədinə şəhərindən zəvvarların ilk qrupu Azərbaycana yola salınıb.
Bu gün Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Polşanın paytaxtı
İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) ABŞ ordusunun İran ərazisindəki bəzi
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Hörmüz boğazı üzərində uçan dörd İran

Putin: Fələstin problemi hər bir müsəlmanın ürəyindədir

11 okt 2023, 17:11
Putin: Fələstin problemi hər bir müsəlmanın ürəyindədir

Fələstin problemi hər bir müsəlmanın ürəyindədir və onlar tərəfindən inanılmaz dərəcədə artmış ədalətsizliyin təzahürü kimi qəbul edilir.

LiderXəbər-in Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Rusiya Enerji Həftəsinin plenar iclasında bildirib.

Putin bildirib ki, onilliklər ərzində İsrail fələstinlilərin öz torpaqları hesab etdikləri əraziləri müxtəlif üsullarla, o cümlədən hərbi güc yolu ilə tutub.

O, Amerika Birləşmiş Ştatlarını ərəb-İsrail münaqişəsi zonasındakı mexanizmlərə məhəl qoymamaqda günahlandırıb.

Putin vurğulayıb ki, İsrail yarananda elə həmin vaxt suveren Fələstinin yaradılmasından söhbət gedirdi, lakin bu, heç vaxt həyata keçirilmədi.

Rusiya liderinin sözlərinə görə, İsraillə Fələstin arasında vəziyyəti sakitləşdirməyin yaxın gələcəkdə mümkün olub-olmayacağı bilinmir, lakin bu, böyük problemlərə gətirib çıxara bilər.

"İsrail və Fələstində qəddarlıq çox böyükdür, lakin biz mülki itkiləri minimuma endirməyə, uşaqları və qadınları tək buraxmağa çalışmalıyıq. Rusiyanın Fələstin və İsraillə bağlı mövqeyi tərəflərə yaxşı məlumdur, biz BMT qərarlarının həyata keçirilməsinin və Fələstin dövlətinin yaradılmasının tərəfdarıyıq", - deyə Putin qeyd edib.