Son Xəbərlər
Bəhreynin hava hücumundan müdafiə qüvvələri iyunun 6-da 3 raket və bir neçə
7 iyun tarixinə təyin edilmiş Ermənistanda parlament seçkiləri artıq standart
Rusiyanın Sankt-Peterburq şəhəri bu gün səhər saatlarında genişmiqyaslı dron
İyunun 7-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İranın xarici işlər naziri Abbas Əraqçi Livan Prezidenti Cozef Aunun Tehranın
Bakıda həyata keçirilən yenidənqurma və şəhərsalma layihələri çərçivəsində bir
Bu gün Mədinə şəhərindən zəvvarların ilk qrupu Azərbaycana yola salınıb.
Bu gün Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Polşanın paytaxtı
İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) ABŞ ordusunun İran ərazisindəki bəzi
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Hörmüz boğazı üzərində uçan dörd İran

Türkiyə XİN-dən Naxçıvan Bəyannaməsinin ildönümünə dair bəyanat: "Məqsədimiz sülh və sabitliyə xidmət etməkdir"

03 okt 2023, 09:46
Türkiyə XİN-dən Naxçıvan Bəyannaməsinin ildönümünə dair bəyanat: "Məqsədimiz sülh və sabitliyə xidmət etməkdir"

“Türk Dövlətləri Təşkilatının (TDT) qurulmasının təməli olan Naxçıvan Bəyannaməsinin imzalanmasının 14-cü ildönümü münasibətilə Türk Dövlətləri Əməkdaşlığı Gününü təbrik edirik”.

LiderXəbər xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.

Qeyd olunub ki, 1992-ci ildən Türkdilli ölkələrin başlatdıqları yeni mərhələ, ortaya qoyduqları səy bu gün TDT-ni güclü bir təşkilata çevirib.

Bildirilib ki, TDT üzv dövlətlər arasında əməkdaşlığın sürətlə genişləndirilməsini və dərinləşdirilməsini, sülh və sabitliyə xidmət etməyi qarşısına məqsəd qoyub.

Vurğulanıb ki, Türkiyə Türk dövlətləri arasında əməkdaşlığı inkişaf etdirmək üçün işlərini davam etdirəcək.