Son Xəbərlər
İranın xarici işlər naziri Abbas Əraqçi Livan Prezidenti Cozef Aunun Tehranın
Bakıda həyata keçirilən yenidənqurma və şəhərsalma layihələri çərçivəsində bir
Bu gün Mədinə şəhərindən zəvvarların ilk qrupu Azərbaycana yola salınıb.
Bu gün Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Polşanın paytaxtı
İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) ABŞ ordusunun İran ərazisindəki bəzi
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Hörmüz boğazı üzərində uçan dörd İran
Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Yevlax
Bakıda və Abşeron yarımadasında iyunun 7-si günün birinci yarısında arabir
Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayrılıb. Liderxeber.az
Birinci Vitse-prezident Mehriban Əliyeva Azərbaycan minifutbol millisini

Ərdoğan İsrailə səfər edə bilər

26 sen 2023, 15:14
Ərdoğan İsrailə səfər edə bilər

"Türkiyə və İsrail bir çox sahədə əməkdaşlıq edir".

LiderXəbər xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan rəsmi səfərdən qayıdan zaman jurnalistlərə müsahibəsində deyib.

Dövlət başçısı İsrailin Baş naziri Binyamin Netanyahunun Ankaraya gözlənilən səfərindən də danışıb.

"Səfər tarixi ilə bağlı Xarici İşlər Nazirliyimiz işlərini davam etdirir. Düşünürəm ki, Netanyahunun xəstəliyi səbəbindən həyata keçirə bilmədiyi və təxirə salınan Türkiyə səfəri təxminən oktyabr-noyabr ayları arasında baş tutacaq. Bu səfərin ən uyğun zamanda reallaşmasını təmin etmək üçün danışıqlar davam edir. Bildiyiniz kimi, bu işlərin katibliyi Türkiyə və İsrailin xarici işlər nazirlərinə məxsusdur. Bundan sonra cavab səfərimizi edəcəyik",- Türkiyə Prezidenti əlavə edib.

R.T.Ərdoğan vurğulayıb ki, Türkiyə və İsrail arasında bir çox sahədə əməkdaşlıq var və yeni əməkdaşlıq sahələrinin yaranması da faktdır: "Xüsusilə Avropa Rusiya-Ukrayna müharibəsindən sonra konyukturanın təsiri ilə dayanıqlı enerji mənbələri axtarışındadır. Hər kəsə məlumdur ki, İsrail öz ehtiyatlarını Avropaya daşımağa çalışır. Ən rasional yol bu resursları Türkiyə üzərindən Avropaya çatdırmaqdır. Son görüşümüzdə bunu müzakirə etdik, biz işə başladıq. Digər tərəfdən, qazma işlərində də əməkdaşlıq imkanları var. Bununla bağlı texniki araşdırmaların aparılması üçün müvafiq dostlarımıza göstərişlər vermişik. Ən qısa zamanda həm Türkiyə, həm də İsraildəki görüşlərimiz zamanı marşrut, qrafik və qazma sahələri kimi detalları dəqiqləşdirəcəyik"