Son Xəbərlər
İranın xarici işlər naziri Abbas Əraqçi Livan Prezidenti Cozef Aunun Tehranın
Bakıda həyata keçirilən yenidənqurma və şəhərsalma layihələri çərçivəsində bir
Bu gün Mədinə şəhərindən zəvvarların ilk qrupu Azərbaycana yola salınıb.
Bu gün Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Polşanın paytaxtı
İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) ABŞ ordusunun İran ərazisindəki bəzi
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Hörmüz boğazı üzərində uçan dörd İran
Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Yevlax
Bakıda və Abşeron yarımadasında iyunun 7-si günün birinci yarısında arabir
Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayrılıb. Liderxeber.az
Birinci Vitse-prezident Mehriban Əliyeva Azərbaycan minifutbol millisini

Dünya mediası ermənilərin Azərbaycana qarşı mina terrorundan yazır

20 sen 2023, 12:07
Dünya mediası ermənilərin Azərbaycana qarşı mina terrorundan yazır

Dünyanın kütləvi informasiya vasitələrində Azərbaycan ərazilərində Ermənistanın mina terrorunun davam etməsi nəticəsində son günlər azərbaycanlı polislərin və mülki şəxslərin həlak olmasına diqqət cəlb edilib.

LiderXəbər xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib.

İsrailin “Jewish Press”, Fransanın “La Gazette”, Türkiyənin “Didim Postası”, İordaniyanın “Nayrouz.com”, Yaponiyanın “ajmedia.jp”, Gürcüstanın qəzet və portallarında azərbaycanlı polis əməkdaşlarının Əhmədbəyli-Füzuli-Şuşa yolunun Xocavənd rayonu ərazisindən keçən hissəsində qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən basdırılmış tank əleyhinə minaya düşərək həlak olması haqqında Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatı yayılıb.

Nəzərə çatdırılıb ki, rəsmi Bakı erməni diversiya qruplarının Azərbaycan ərazilərində basdırdığı minaların altı azərbaycanlının – dörd polis əməkdaşının və iki mülki şəxsin həlak olmasına səbəb olduğunu bəyan edib. Azərbaycanın hüquq-mühafizə orqanlarının baş vermiş insidenti terror aktı adlandırdığı və Cinayət Məcəlləsinin bir neçə maddəsi, o cümlədən terrorçuluq maddəsi üzrə cinayət işi başlandığı vurğulanıb.

Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək Qarabağ iqtisadi ərasizindən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə ordumuzun sentyabrın 19-da Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Qarabağ bölgəsində antiterror əməliyyatına başladığı bildirilib