Son Xəbərlər
15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluş Kuboku – 2026”
Bölgələrdə içməli su infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata
Bəhreynin hava hücumundan müdafiə qüvvələri iyunun 6-da 3 raket və bir neçə
7 iyun tarixinə təyin edilmiş Ermənistanda parlament seçkiləri artıq standart
Rusiyanın Sankt-Peterburq şəhəri bu gün səhər saatlarında genişmiqyaslı dron
İyunun 7-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İranın xarici işlər naziri Abbas Əraqçi Livan Prezidenti Cozef Aunun Tehranın
Bakıda həyata keçirilən yenidənqurma və şəhərsalma layihələri çərçivəsində bir
Bu gün Mədinə şəhərindən zəvvarların ilk qrupu Azərbaycana yola salınıb.
Bu gün Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Polşanın paytaxtı

“Heç yerə getməyən avtobus” “yola çıxdı” - Foto

02 iyn 2026, 08:57
“Heç yerə getməyən avtobus” “yola çıxdı” - Foto

İsveçrənin Baden şəhərində qeyri-adi ictimai nəqliyyat layihəsi istifadəyə verilib.

Liderxeber.az xəbər verir ki, “Sıfır Xətti” (“Linie Null”) adlanan avtobusun nə sabit marşrutu, nə də müəyyən olunmuş son dayanacağı var.

Sürix yaxınlığında fəaliyyətə başlayan layihə şəhər rəhbərliyi, rəssamlar Frank və Patrik Riklin qardaşları, eləcə də, Baden-Vettinqen Regional İctimai Nəqliyyat Şirkətinin (RVBW) əməkdaşlığı ilə həyata keçirilib.

Layihənin müəllifləri bildirirlər ki, məqsəd sərnişinləri bir nöqtədən digərinə ən qısa müddətdə çatdırmaq deyil, şəhəri fərqli prizmadan kəşf etmək və səfərin özünü təcrübəyə çevirməkdir.

Avtobusun ön hissəsində “Linie Null” yazısı yerləşdirilib. Bu isə sərnişinlərə əvvəlcədən xəbərdarlıq edir ki, söhbət adi ictimai nəqliyyat vasitəsindən deyil, hərəkət edən bir sənət layihəsindən gedir.

Təşkilatçıların sözlərinə görə, “Sıfır Xətti” müasir şəhər həyatının sürətinə alternativ təqdim edir. Layihə insanları vaxt təzyiqindən uzaqlaşmağa, səyahətin özündən zövq almağa və şəhərə fərqli baxış bucağından nəzər salmağa təşviq edir.