Son Xəbərlər
İyunun 27-28-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə
Azərbaycanda faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən
Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası ixrac olunub.
Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin direktoru Fəzail Sadıqov 26
AZCON Holding şirkətlərindən olan Azərbaycan Hava Yolları (AZAL) donanmasına
Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 108-ci ili tamam olur.
25 iyun 2026-cı il tarixdə Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı
Venesuelada paytaxt Karakas yaxınlığında baş verən 7,2 və 7,5 bal gücündə iki
2026-cı il Dünya Çempionatının D qrupunda keçirilən Paraqvay – Avstraliya
Türkiyə millisi dünya çempionatının qrup mərhələsində sonuncu oyununa çıxacaq.

Rusiya Ermənistandan balıq idxalını da dayandırır

01 iyn 2026, 14:09
Rusiya Ermənistandan balıq idxalını da dayandırır

Rusiya Ermənistandan balıq idxalını da dayandırır.

Liderxeber.az xəbər verir ki, bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (“Rosselxoznadzor”) qərar qəbul edib.  

Bildirilib ki, “Rosselxoznadzor” mayın 21-dən 27-dək Ermənistanın balıq emalı müəssisələrində yoxlamalar aparıb, həmçinin alabalıq saxlama və yetişdirmə fermalarına baş çəkib. Qurumun məlumatına görə, müəssisələrin 50%-i yoxlamaların keçirilməsindən imtina edib.

“Yoxlamanın nəticələrinə əsasən, 2026-cı il iyunun 2-dən etibarən yaranmış vəziyyət nizamlananadək, yoxlamadan keçmiş iki şirkət istisna olmaqla, Ermənistanın bütün şirkətlərindən Rusiya üçün diri balıq və balıq məhsullarının baytarlıq sertifikatlaşdırılması dayandırılmalıdır”, - “Rosselxoznadzor”un bəyanatında deyilir. 

İcazə verilmiş iki zavodun balıq məhsulları isə yalnız təhlükəsizlik göstəriciləri üzrə laborator monitorinqlərin keçirilməsi şərtilə Rusiyaya idxal olunacaq. 

Xatırladaq ki, daha əvvəl “Rosselxoznadzor” Ermənistan mənşəli və bu ölkədən göndərilən çiçək məhsullarının, eləcə də meyvə-tərəvəzlərin idxalına məhdudiyyətlər tətbiq edib.