Son Xəbərlər
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Silahlı
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə
Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Bakı Dövlət Kamera
Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə
Türkiyəli müğənni Mahsun Kırmızıgül Bakıya gəlib. Liderxeber.az xəbər verir

"Qarabağ"ın rəqibi İngiltərədə ən çox qırmızı vərəqə alan klubdur

31 okt 2025, 15:16
"Qarabağ"ın rəqibi İngiltərədə ən çox qırmızı vərəqə alan klubdur

UEFA Çempionlar Liqasında (ÇL) "Qarabağ"ın rəqibi olan "Çelsi" İngiltərədə ən çox qırmızı vərəqə alan komandadır.

Liderxeber.az "Transfermarkt"a istinadən xəbər verir ki, London təmsilçisi cari mövsümdə bütün yarışlarda 14 oyunda 5 qırmızı vərəqə alıb.

Məlumata görə, sonuncu dəfə "Çelsi"nin oyunçusu Liam Delap İngiltərə Liqa Kubokunun 1/8 final mərhələsində "Vulverhempton"la matçda (4:3) meydandan qovulub.

Müqayisə üçün qeyd edək ki, bu mövsüm "Liverpul" 2, digər səkkiz klub isə ("Bornmut", "Mançester Yunayted", "Sanderlend", "Vest Hem", "Börnli", "Vulverhempton", "Aston Villa" və "Nyukasl") 1 qırmızı vərəqə alıb.

Xatırladaq ki, noyabrın 5-də ÇL-in Liqa mərhələsinin 4-cü turunda Tofiq Bəhramov adına Respublika stadionunda "Qarabağ" "Çelsi"ni qəbul edəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 21:45-də başlayacaq. Üç turdan sonra "Çelsi" və "Qarabağ" hərəyə 6 xalla müvafiq olaraq 11 və 13-cü yerlərdə mövqe tuturlar.