Son Xəbərlər
Bu gün Mədinə şəhərindən zəvvarların ilk qrupu Azərbaycana yola salınıb.
Bu gün Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Polşanın paytaxtı
İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) ABŞ ordusunun İran ərazisindəki bəzi
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Hörmüz boğazı üzərində uçan dörd İran
Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Yevlax
Bakıda və Abşeron yarımadasında iyunun 7-si günün birinci yarısında arabir
Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayrılıb. Liderxeber.az
Birinci Vitse-prezident Mehriban Əliyeva Azərbaycan minifutbol millisini
Müasir dövrdə təşkilatların uğuru yalnız maliyyə resursları və ya texnoloji
Bir qrup su təsərrüfatı və meliorasiya işçiləri təltif edilib. Liderxeber.az

Böyük Britaniya “Vaqner”i terror təşkilatı kimi tanıyacaq

06 sen 2023, 09:00
Böyük Britaniya “Vaqner”i terror təşkilatı kimi tanıyacaq

Böyük Britaniya hökuməti Rusiyanın “Vaqner” özəl hərbi şirkətini terror təşkilatları siyahısına daxil edəcək.

LiderXəbər-in məlumatına görə, bu barədə krallığın daxili işlər naziri Suella Braverman məlumat verib.

Nazirin sözlərinə görə, “vaqnerçilər” terrorçudur və terror təşkilatı siyahısına salınması haqqında fərman bu faktı Böyük Britaniya qanunvericiliyində təsbit edəcək.

Braverman həmçinin bildirib ki, “vaqnerçilər”in Ukrayna və Afrikadakı fəaliyyəti qlobal təhlükəsizliyə təhdid yaradır. Nazirin verəcəyi fərman tezliklə parlamentə təqdim edilməlidir.

Əgər qanun qüvvəyə minərsə “Vaqner” özəl hərbi şirkətinə hər cür dəstək və ictimaiyyət tərəfindən bəyənilmək cinayət sayılacaq. Bu cür cinayətlərə görə maksimum cəza 14 il həbsdir.

Böyük Britaniyada müəyyən şəraitdə terror qruplaşmasının simvollarını geyməyə və ya onun nümayişinə görə 5 min funt-sterlinqə qədər (6,3 min ABŞ dolları - Qeyd) cərimə və ya altı aya qədər həbs cəzası nəzərdə tutulub. Belə bir təşkilatın hər hansı əmlakı ölkədə aşkar edilərsə, müsadirə edilməlidir