Son Xəbərlər
Azərbaycanda faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən
Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası ixrac olunub.
Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin direktoru Fəzail Sadıqov 26
AZCON Holding şirkətlərindən olan Azərbaycan Hava Yolları (AZAL) donanmasına
Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 108-ci ili tamam olur.
25 iyun 2026-cı il tarixdə Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı
Venesuelada paytaxt Karakas yaxınlığında baş verən 7,2 və 7,5 bal gücündə iki
2026-cı il Dünya Çempionatının D qrupunda keçirilən Paraqvay – Avstraliya
Türkiyə millisi dünya çempionatının qrup mərhələsində sonuncu oyununa çıxacaq.
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında 26 iyun – Azərbaycan

Sağlamlığın gizli düşməni: Hansı qidalar orqanizmdə iltihab yaradır?

08 may 2026, 15:38
Sağlamlığın gizli düşməni: Hansı qidalar orqanizmdə iltihab yaradır?

Bir çox insanın gündəlik rasionuna daxil olan bəzi məhsullar orqanizmdə iltihab proseslərini gücləndirə və sağlamlığa ciddi zərər vura bilər.

Liderxeber.az xəbər verir ki, bu barədə ekspert Klaudia Meyreles "Metropoles" nəşrində dərc olunan məqaləsində xəbərdarlıq edib.

Mütəxəssisin bildirdiyinə görə, müəyyən qida növlərinin mütəmadi istehlakı xroniki iltihabın səviyyəsini artırır. Bu isə zamanla daxili orqanların fəaliyyətinə mənfi təsir göstərərək müxtəlif ağır xəstəliklərin inkişafına zəmin yaradır.

Potensial olaraq iltihab yaradan qidaların siyahısına ultra-emal olunmuş məhsullar, yüksək şəkər tərkibli qidalar, həmçinin emal edilmiş yağlar və fastfudlar daxildir. Ekspert bildirir ki, bu növ qidaların mütəmadi qəbulu orqanizmdə xroniki iltihab vəziyyətini daim aktiv saxlayır.

Bundan əlavə, spirtli içkilərdən həddindən artıq istifadə sağlamlığa ciddi təhlükə yaradır. Bu zaman xüsusilə qaraciyər zərər görür və bağırsaq problemləri yaranır. Məqalədə qeyd olunur ki, tərəvəzlərin, meyvələrin və faydalı yağların üstünlük təşkil etdiyi balanslaşdırılmış qidalanma iltihab proseslərini azaltmağa və orqanizmi sağlam saxlamağa kömək edir.