Son Xəbərlər
Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 108-ci ili tamam olur.
25 iyun 2026-cı il tarixdə Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı
Venesuelada paytaxt Karakas yaxınlığında baş verən 7,2 və 7,5 bal gücündə iki
2026-cı il Dünya Çempionatının D qrupunda keçirilən Paraqvay – Avstraliya
Türkiyə millisi dünya çempionatının qrup mərhələsində sonuncu oyununa çıxacaq.
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında 26 iyun – Azərbaycan
Çinin “Alibaba” şirkəti Pentaqonu məhkəməyə verib. Liderxeber.az xəbər verir
İyunun 26-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
"Aşura günü qanvermə aksiyasında iştirak edənlərin sayı ilbəil
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazılar Şurasının fətvasına əsasən, bu il

“İran açıqlanandan daha çox ABŞ hədəfini vurub”

07 may 2026, 09:17
“İran açıqlanandan daha çox ABŞ hədəfini vurub”

ABŞ və İsrailin İrana hücumları ilə başlayan müharibə fonunda “The Washington Post” qəzeti İranın bölgədəki ABŞ hərbi obyektlərinə əvvəl açıqlanandan daha çox zərbə endirdiyini yazıb.

Liderxeber.az xəbər verir ki, nəşrin peyk görüntülərinə əsaslanan araşdırmasına görə, İranın hava hücumları nəticəsində Yaxın Şərqdə ABŞ-yə məxsus ən azı 228 obyekt və avadanlıq zədələnib və ya məhv edilib.

Bu göstəricinin ABŞ hökumətinin indiyədək açıqladığı rəqəmlərdən xeyli yüksək olduğu qeyd olunur.

Bildirilir ki, hücumlar zamanı anqarlar, kazarmalar, yanacaq anbarları, təyyarələr, eləcə də, radar və hava hücumundan müdafiə sistemləri hədəfə alınıb. Vurğulanır ki, dağıntıların miqyası rəsmi məlumatlardan daha böyükdür.

Qəzetin məlumatına görə, İran dövlətinə bağlı media tərəfindən yayımlanan görüntülər müxtəlif peyk sistemləri ilə müqayisə edilərək təsdiqlənib. Bununla yanaşı, bəzi iri peyk görüntüsü təminatçılarının məlumat paylaşımını məhdudlaşdırması zərərin real miqyasını qiymətləndirməyi çətinləşdirir.

Araşdırmada iştirak edən analitiklərdən biri – ABŞ Dəniz Piyadalarının ehtiyatda olan polkovniki Mark Kançian bildirib ki, hücumlar yüksək dəqiqliklə həyata keçirilib və təsadüfi zərbələrin izlərinə rast gəlinməyib.

Məlumata əsasən, İranın zərbələri regiondakı bir sıra mühüm ABŞ hərbi obyektlərini, o cümlədən, Qətər, Bəhreyn və Küveytdə yerləşən bazaları əhatə edib.

ABŞ ordusunun açıqlamasına görə, fevral ayının sonundan bəri bölgədəki hücumlar nəticəsində 7 amerikalı hərbçi həlak olub, 400-dən çoxu yaralanıb.