Son Xəbərlər
Bu gün “Qarabağ”ın Avropa Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibinin
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 16-da Müqəddəs
Jurnalist vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə ödəniş ləğv
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya
Birinci Xanımların Qlobal Akademiyasının (Global First Ladies Academy) ABŞ-də
Futbol üzrə dünya çempionatının qrup mərhələsində İran və Yeni Zelandiya milli
Gecə saatlarında yağan güclü yağış nəticəsində Şəkinin Cunud kəndinin şəhər və
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Silahlı
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən

İran Silahlı Qüvvələrindən Fars körfəzi ilə bağlı bəyanat

25 mar 2026, 11:34
İran Silahlı Qüvvələrindən Fars körfəzi ilə bağlı bəyanat

Fars körfəzi bölgəsinə yeni investisiyalar, eləcə də neft qiymətlərinin sabitliyi yalnız İran ordusunun zəmanətlərindən asılıdır.

Liderxeber.az xəbər verir ki, bu barədə İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahı açıqlama yayıb.

"Bölgədə sabitliyin İran silahlı qüvvələrinin qüdrəti ilə təmin edildiyi aydınlaşana qədər nə regionda yeni investisiyalar olacaq, nə də enerji və neft qiymətləri əvvəlki səviyyələrinə qayıdacaq. Sabitlik güc yolu ilə əldə ediləcək", - deyə qərargahın bəyanatında qeyd olunub.

Rəqiblərinə müraciət edən İran ordusu vəziyyətin əvvələ qayıtmayacağına, yalnız İran xalqına qarşı hərəkət etmək fikri tamamilə silindikdə və unudulduqda yenidən qurulacağına əmin olduğunu bildirib.

İran Silahlı Qüvvələrinin Baş Qərargahı hesab edir ki, rəqiblərin strateji gücü strateji məğlubiyyətə çevrilib.

"Bu baxımdan uğursuzluğu heç bir razılaşma adlandırmaq olmaz", - deyə məlumatda qeyd edilib.