Son Xəbərlər
Bu gün “Qarabağ”ın Avropa Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibinin
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 16-da Müqəddəs
Jurnalist vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə ödəniş ləğv
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya
Birinci Xanımların Qlobal Akademiyasının (Global First Ladies Academy) ABŞ-də
Futbol üzrə dünya çempionatının qrup mərhələsində İran və Yeni Zelandiya milli
Gecə saatlarında yağan güclü yağış nəticəsində Şəkinin Cunud kəndinin şəhər və
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Silahlı
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən

Epşteyn işi çərçivəsində Rotşildlər bankının qərargahında axtarışlar aparılıb

25 mar 2026, 08:46
Epşteyn işi çərçivəsində Rotşildlər bankının qərargahında axtarışlar aparılıb

Fransa Xarici İşlər Nazirliyinin baş katibi Fabris Edana qarşı qaldırılmış korrupsiya cinayət işi çərçivəsində hüquq-mühafizə orqanları "Edmond de Rothschild" bankının Parisdəki qərargahında axtarışlar aparıblar.

Liderxeber.az bildirir ki, "Agence France-Presse" agentliyi bu barədə mənbələrə istinadən xəbər verir.

Axtarışlar aparılan zaman İsveçrənin "Edmond de Rothschild" bank qrupunun baş direktoru Arian de Rotşild ofisdə olmayıb.

"Edmond de Rothschild" Avropanın ən nüfuzlu bank evlərindən biri hesab olunur. 2024-cü ilə olan məlumata görə, bankın aktivləri 184 milyard İsveçrə frankı (təxminən 232.6 milyard dollar) həcmində qiymətləndirilib.

F.Edanın adı amerikalı maliyyəçi Ceffri Epşteynin işi üzrə materiallarda da keçir. "Radio France"ın məlumatına görə, F.Edan 2010-cu ildən 2017-ci ilə qədər C.Epşteyn və onun ətrafı ilə elektron poçt vasitəsilə yazışmalar aparıb. O, 2014-2016-cı illərdə "Edmond de Rothschild" bankında çalışıb, daha sonra isə Fransanın "Engie" energetika və qaz şirkətinə keçib.