Son Xəbərlər
Prezident İlham Əliyev qeyri-neft-qaz malları üzrə ixracın dəstəklənməsi ilə
Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasına seçkilərin 2026-cı il
Xəbər verdiyimiz kimi, “Narmiw.Niko” bloqunun sahibi Nərmin Əliyevanın bacısı
Türkiyənin Tokat vilayətinin Artova rayonunda qayınatasını döyərək öldürdüyü
AXCP sədri Əli Kərimli barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin
Bu gün “Qarabağ”ın Avropa Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibinin
“Yeni Dövlət Proqramı 2026-2030-cu illərdə kənd təsərrüfatı məhsullarının
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 16-da Müqəddəs
Jurnalist vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə ödəniş ləğv
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya

İranda yanvar iğtişaşlarına görə daha 3 nəfər edam edildi

19 mar 2026, 10:48
İranda yanvar iğtişaşlarına görə daha 3 nəfər edam edildi

İranda yanvarda keçirilən etirazların üç iştirakçısı iki polisin öldürülməsi ittihamı ilə edam edilib. 

Liderxeber.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Məlumata görə, məhkumlar yanvarın 7-də Qum vilayətində keçirilən hökumət əleyhinə nümayişlər zamanı hüquq-mühafizə orqanlarının iki əməkdaşının öldürülməsində təqsirli olduqlarını etiraf ediblər. Onlara qarşı həmçinin “İsrail və ABŞ-nin maraqlarına xidmət” ittihamı irəli sürülüb, lakin bu ittihamın təfərrüatı açıqlanmayıb.

Xatırladaq ki, 2025-ci ilin dekabr ayının sonlarında İran rialının devalvasiyası ölkədə kütləvi etiraz aksiyalarına səbəb olmuşdu. İran hökuməti iğtişaşlar zamanı 3117 nəfərin öldüyünü, onlardan 200 nəfərin zabit olduğu barədə məlumat yaymışdı

Qeyd edək ki, bu, yanvar etirazlarında iştiraka görə ilk edam hadisəsi deyil. Məşhəddən olan 33 yaşlı bodibildinq məşqçisi Əli Rəhbər yanvarın 23-ü məhz bu səbəbdən edam edilmişdi.