Son Xəbərlər
Prezident İlham Əliyev qeyri-neft-qaz malları üzrə ixracın dəstəklənməsi ilə
Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasına seçkilərin 2026-cı il
Xəbər verdiyimiz kimi, “Narmiw.Niko” bloqunun sahibi Nərmin Əliyevanın bacısı
Türkiyənin Tokat vilayətinin Artova rayonunda qayınatasını döyərək öldürdüyü
AXCP sədri Əli Kərimli barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin
Bu gün “Qarabağ”ın Avropa Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibinin
“Yeni Dövlət Proqramı 2026-2030-cu illərdə kənd təsərrüfatı məhsullarının
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 16-da Müqəddəs
Jurnalist vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə ödəniş ləğv
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya

“Netanyahu yüksəkvəzifəli İran rəsmilərinin öldürülməsi əmrini verir” - Foto

17 mar 2026, 16:15
“Netanyahu yüksəkvəzifəli İran rəsmilərinin öldürülməsi əmrini verir” - Foto

Ölümü ilə bağlı yayılan iddialar fonunda İsrailin Baş naziri Benyamin Netanyahunun ofisində çəkilmiş fotosu paylaşılıb.

Liderxeber.az xəbər verir ki, Netanyahunun “X” hesabında paylaşılmış foto “Baş nazir Benyamin Netanyahu yüksəkvəzifəli İran rəsmilərinin məhv edilməsi əmrini verir” sözləri ilə müşayiət olunub.

Qeyd edək ki, bu gün İsrailin müdafiə naziri İsrael Kats İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani və İslam İnqilabı Keşikçiləri Korpusunun “Bəsic” Müqavimət Qüvvələrinin komandiri Qulamrza Süleymaninin öldürüldüyünü açıqlayıb. Bundan sonra Laricaninin “X” hesabında ABŞ Hərbi Dəniz Qüvvələrinin Şri-Lanka sahillərində ölkənin “IRIS Dena” hərbi gəmisinə hücumu nəticəsində həlak olan iranlı dənizçilərə başsağlığı məktubu paylaşılıb.

Xatırladaq ki, daha əvvəl Netanyahu “X” hesabında videopaylaşaraq ölümü ilə bağlı yayılan iddialara cavab vermişdi.