Son Xəbərlər
Prezident İlham Əliyev qeyri-neft-qaz malları üzrə ixracın dəstəklənməsi ilə
Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasına seçkilərin 2026-cı il
Xəbər verdiyimiz kimi, “Narmiw.Niko” bloqunun sahibi Nərmin Əliyevanın bacısı
Türkiyənin Tokat vilayətinin Artova rayonunda qayınatasını döyərək öldürdüyü
AXCP sədri Əli Kərimli barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin
Bu gün “Qarabağ”ın Avropa Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibinin
“Yeni Dövlət Proqramı 2026-2030-cu illərdə kənd təsərrüfatı məhsullarının
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 16-da Müqəddəs
Jurnalist vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə ödəniş ləğv
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya

Mental sağlamlıq üçün "qara siyahı": Hansı üç qidadan uzaq durmalıyıq?

17 mar 2026, 11:07
Mental sağlamlıq üçün "qara siyahı": Hansı üç qidadan uzaq durmalıyıq?

Mental (psixi) problemlər zamanı rasionda üç növ qidanı məhdudlaşdırmaq zəruridir. Çünki bu qidalar narahatlıq hissinin güclənməsi üçün ideal "yanacaq" rolunu oynayır.

Liderxeber.az "El Confidencial" nəşrinə istinadən xəbər verir ki, bu barədə həkim Karlos Xaramilyo bildirib.

Mütəxəssis iddia edir ki, ağ un, şəkər və desertlər maddələr mübadiləsinə (metabolizmə) mənfi təsir göstərir. Maddələr mübadiləsi qeyri-sabit olduqda sinir sistemi bu vəziyyəti təhlükə kimi qəbul edərək aktivləşir, nəticədə insanda narahatlıq hissi yaranır.

Həkimin sözlərinə görə, qanda qlükoza səviyyəsinin kəskin artmasına səbəb olmayan qidalar psixi rifah üçün ən uyğun seçimdir. O, rasionda zülal, faydalı yağlar və lifli qidaların miqdarını artırmağı tövsiyə edir.

Bundan əlavə, K.Xaramilyo qeyd edib ki, xoşbəxtlik hormonu kimi tanınan serotonin əsasən bağırsaqlarda ifraz olunur. Buna görə də bağırsaq sağlamlığını qorumaq üçün kefir və turş kələm kimi fermentləşdirilmiş qidaların istehlakı vacibdir.