Son Xəbərlər
Prezident İlham Əliyev qeyri-neft-qaz malları üzrə ixracın dəstəklənməsi ilə
Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasına seçkilərin 2026-cı il
Xəbər verdiyimiz kimi, “Narmiw.Niko” bloqunun sahibi Nərmin Əliyevanın bacısı
Türkiyənin Tokat vilayətinin Artova rayonunda qayınatasını döyərək öldürdüyü
AXCP sədri Əli Kərimli barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin
Bu gün “Qarabağ”ın Avropa Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibinin
“Yeni Dövlət Proqramı 2026-2030-cu illərdə kənd təsərrüfatı məhsullarının
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 16-da Müqəddəs
Jurnalist vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə ödəniş ləğv
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya

Belçika da “yox” dedi

17 mar 2026, 09:46
Belçika da “yox” dedi

Belçika Baş naziri Bart De Vever federal hökumətin mövqeyinin ABŞ və İsrailin İrana hücumlarında iştirak etməyə qarşı olduğunu açıqlayıb.

Liderxeber.az “Belga”ya istinadən xəbər verir ki, De Vever Brüsseldə keçirilən tədbirdən sonra jurnalistlərin Belçikanın Hörmüz boğazında mümkün hərbi əməliyyatda iştirak edib-etməyəcəyi ilə bağlı suallarını cavablandırıb.

O bildirib ki, federal hökumətin mövqeyi ABŞ və İsrailin İrana qarşı əməliyyatlarında iştirak etməməkdir. De Vever əlavə edib ki, NATO müttəfiqlərindən və ya regiondakı digər ölkələrdən hər hansı sorğu gəlsə, bu məsələ müzakirə olunacaq.

Baş nazir həmçinin Avropanın Rusiya ilə münasibətlərinin normallaşdırılması barədə suallara cavab verib. O qeyd edib ki, normallaşma yalnız Avropa İttifaqı və Ukrayna üçün məqbul olan sülh müqaviləsi imzalandıqdan sonra nəzərdən keçirilə bilər:

“Hər müharibədən sonra məqsəd budur. Əlbəttə ki, əbədi olaraq düşmən qala bilməzsiniz, elə deyilmi?”

Qeyd edək ki, bundan əvvəl Almaniyanın müdafiə naziri Boris Pistorius ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazına hərbi gəmilər göndərmək çağırışını rədd edərək, İranla münaqişənin Almaniyanın müharibəsi olmadığını qeyd etmişdi.