Son Xəbərlər
Prezident İlham Əliyev qeyri-neft-qaz malları üzrə ixracın dəstəklənməsi ilə
Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasına seçkilərin 2026-cı il
Xəbər verdiyimiz kimi, “Narmiw.Niko” bloqunun sahibi Nərmin Əliyevanın bacısı
Türkiyənin Tokat vilayətinin Artova rayonunda qayınatasını döyərək öldürdüyü
AXCP sədri Əli Kərimli barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin
Bu gün “Qarabağ”ın Avropa Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibinin
“Yeni Dövlət Proqramı 2026-2030-cu illərdə kənd təsərrüfatı məhsullarının
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 16-da Müqəddəs
Jurnalist vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə ödəniş ləğv
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya

Çin və ABŞ ilkin razılıq əldə etdi

17 mar 2026, 09:09
Çin və ABŞ ilkin razılıq əldə etdi

Çin və ABŞ arasında iqtisadi-ticari münasibətlərlə bağlı bir sıra məsələlər üzrə ilkin razılıq əldə olunub.

Liderxeber.az-ın xəbərinə görə, bu barədə Çin nümayəndə heyətinin rəhbəri, ticarət nazirinin müavini Li Çenqan məlumat verib.

Onun sözlərinə görə, iki ölkənin nümayəndə heyətləri arasında danışıqlar martın 15-16-da Paris şəhərində keçirilib. Görüşlər ABŞ Prezidentinin ayın sonuna planlaşdırılan Çin səfəri ərəfəsində baş tutub. Bildirilir ki, Yaxın Şərqdə davam edən hərbi əməliyyatlar səbəbindən həmin səfərin təxirə salınması ehtimalı da var.

Li Çenqan qeyd edib ki, tərəflər aparılan məsləhətləşmələr nəticəsində bir sıra mühüm iqtisadi və ticarət məsələləri üzrə “ilkin konsensus” əldə edə biliblər.

“Növbəti mərhələdə məsləhətləşmələr davam etdiriləcək”, – deyə Çin rəsmisi vurğulayıb.

O, danışıqları “dərin, açıq və konstruktiv” kimi qiymətləndirərək bildirib ki, tərəflər ABŞ və Çin arasında sabit ticarət əlaqələrinin həm iki ölkə, həm də qlobal iqtisadiyyat üçün mühüm əhəmiyyət daşıdığı barədə ortaq mövqedədirlər.

Bununla yanaşı, Çin nümayəndə heyətinin rəhbəri əlavə edib ki, Pekin Vaşinqtonun Çin məhsullarına qarşı tətbiq etdiyi birtərəfli sanksiyaları qəbuledilməz hesab edir və bu siyasətə qarşı çıxmaqda davam edir.