Son Xəbərlər
“Diplomatik mənbələr Rusiyanın iyunun 7-də Ermənistanda keçirilən parlament
ABŞ Prezidenti Donald Trampın İranla yaxın günlərdə saziş imzalaya biləcəyinə
Yəməndə təhlükəli dırmanış videoları ilə tanınan və sosial şəbəkələrdə
Bu gün Azərbaycanda “Son zəng” günüdür. Liderxeber.az xəbər verir ki, bu il
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sanatoriya və
Bugün Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 15 İyun – Milli
Ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunur.
Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələrinə əcnəbi
ABŞ və İran arasında münaqişənin nizamlanması üzrə memorandum gələn həftənin
Türkiyədə məşhurlara qarşı aparılan narkotik istintaqı çərçivəsində saxlanılan

Zelenski Trampdan şikayətləndi

18 fev 2026, 10:00
Zelenski Trampdan şikayətləndi

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ lideri Donald Trampın Kiyev və Moskva arasında dörd ilə yaxın davam edən müharibəni başa çatdırmaq üçün ona həddindən artıq təzyiq göstərməsindən şikayətlənib. 

Liderxeber.az xəbər verir ki, Zelenski bu barədə “Axios” nəşrinə müsahibəsində bildirib. 

O, Trampın Ukraynanı açıq şəkildə güzəştə getməyə çağırmasını, lakin analoji tələblərin Rusiyaya qarşı səsləndirilməməsini ədalətsizlik hesab etdiyini bildirib. 

“Ümid edirəm ki, bu onun qərarı deyil, sadəcə taktikasıdır”, - Zelenski deyib.

Eyni zamanda Ukrayna lideri danışıqlarda Vaşinqtonu təmsil edən ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff və Ağ Evin yüksəksəviyyəli müşaviri Cared Kuşner ilə şəxsi əlaqələrinin qarşılıqlı hörmətə əsaslandığını və ona heç bir təzyiq edilmədiyini qeyd edib: 

“Biz bir-birimizə hörmət edirik”

Bununla belə, Ukrayna lideri təzyiq qarşısında asanlıqla təslim olan insan olmadığını diqqətə çatdırıb.