Son Xəbərlər
17-19 iyun tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız
Qidalanma mütəxəssisləri orqanizmdə iltihabi prosesləri azaltmağa kömək edən
"ABŞ və İran arasındakı ziddiyyətlərin aradan qaldırılmasına dair
“Əl-Ərəbiyyə” Vaşinqton və Tehran arasında imzalanması gözlənilən 14 bəndlik
“Narmiw.Niko” bloqunun sahibi Nərmin Əliyevanın qəzada vəfat edən bacısı
“Resmi Gazete”də Türkiyə Böyük Millət Məclisinin (TBMM) yay tətilinə çıxmaması
“Mərkəzi Nəbatat Bağı” Publik Hüquqi Şəxsin İdarə Heyətinin sədri Əli Cəfərov
Dövlət Su Ehtiyatları Agentliyinin Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti
DÇ-2026-nın qrup mərhələsi çərçivəsində baş tutacaq Argentina - Əlcəzair
Fransada keçirilən G7 (Böyük Yeddilik) sammiti çərçivəsində Ukrayna Prezidenti

Hədələdiyi prezidentlə görüşdü, “böyük şərəfdir” dedi - Fotolar

04 fev 2026, 09:06
Hədələdiyi prezidentlə görüşdü, “böyük şərəfdir” dedi - Fotolar

ABŞ Prezidenti Donald Tramp Kolumbiya Prezidenti Qustavo Petro ilə Ağ Evdə qapalı görüş keçirib.

Liderxeber.az xəbər verir ki, görüş Trampın daha əvvəl Petronu narkotik qaçaqmalçılığı ilə bağlı sərt şəkildə ittiham etməsi və hətta hərbi müdaxilə ilə hədələməsindən sonra baş tutub.

Qapalı görüşdən sonra tərəflər rəsmi açıqlama verməsələr də, həm Ağ Ev, həm də Kolumbiya Prezidenti Petro görüşə dair fotoları sosial şəbəkələrdə paylaşıb.

Ağ Evin yaydığı şəkillərdən birində Kolumbiya nümayəndə heyətinin üzvlərindən birinin əlində “Kolumbiya narkoterrorçulara qarşı ABŞ-nin bir nömrəli müttəfiqidir” yazılmış sənəd tutduğu diqqət çəkib.

Kolumbiya Prezidenti Qustavo Petro da Tramp tərəfindən ona təqdim edilən bir foto və qeydi paylaşaraq, üzərində “Qustavo, böyük şərəfdir. Kolumbiyanı sevirəm” sözləri yazılmış mesajı yayımlayıb. Fotoda iki liderin ayaqüstə əl sıxdığı görünür.

Xatırladaq ki, Donald Tramp daha əvvəl Qustavo Petronu narkotik qaçaqmalçılığı ilə ittiham edərək, Kolumbiyanın “kokain istehsal edib ABŞ-yə satan” bir lider tərəfindən idarə olunduğunu iddia etmişdi. Tramp Venesuelada həyata keçirilən əməliyyatlara bənzər hərbi müdaxilənin zərurət yaranacağı təqdirdə Kolumbiyada da mümkün ola biləcəyini bildirmişdi.

Kolumbiya Prezidenti Petro isə bu açıqlamalara cavab olaraq ölkəsinin narkotiklərlə mübarizədə əldə etdiyi nəticələri xatırlatmış və hökumətinin rekord miqdarda kokain müsadirə etdiyini vurğulamışdı. ABŞ-nin Kolumbiyada narkotik qaçaqmalçılarına qarşı hərbi əməliyyata başlamasının mülki itkilərə səbəb ola biləcəyini bildirən Petro “Kolumbiyanı müdafiə etmək üçün silah götürməyə hazıram” deyə bəyan etmişdi.