Son Xəbərlər
17-19 iyun tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız
Qidalanma mütəxəssisləri orqanizmdə iltihabi prosesləri azaltmağa kömək edən
"ABŞ və İran arasındakı ziddiyyətlərin aradan qaldırılmasına dair
“Əl-Ərəbiyyə” Vaşinqton və Tehran arasında imzalanması gözlənilən 14 bəndlik
“Narmiw.Niko” bloqunun sahibi Nərmin Əliyevanın qəzada vəfat edən bacısı
“Resmi Gazete”də Türkiyə Böyük Millət Məclisinin (TBMM) yay tətilinə çıxmaması
“Mərkəzi Nəbatat Bağı” Publik Hüquqi Şəxsin İdarə Heyətinin sədri Əli Cəfərov
Dövlət Su Ehtiyatları Agentliyinin Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti
DÇ-2026-nın qrup mərhələsi çərçivəsində baş tutacaq Argentina - Əlcəzair
Fransada keçirilən G7 (Böyük Yeddilik) sammiti çərçivəsində Ukrayna Prezidenti

Çində sabiq nazir rüşvətə görə ömürlük həbs olundu

02 fev 2026, 17:56
Çində sabiq nazir rüşvətə görə ömürlük həbs olundu

Çində sabiq ədliyyə naziri Tan Yicun rüşvət almaqda təqsirli bilinərək ömürlük azadlıqdan məhrum edilib.

Liderxeber.az xəbər verir ki, bu barədə Çinin Ali Xalq Məhkəməsi məlumat yayıb. Bildirilib ki, keçmiş nazir ümumilikdə 137 milyon yuan (hazırkı məzənnə ilə təxminən 19.6 milyon ABŞ dolları - red) məbləğində rüşvət almaqda təqsirləndirilib. Məhkəmənin qərarına əsasən, o, ömürlük siyasi hüquqlardan da məhrum edilib, bütün şəxsi əmlakı isə müsadirə olunacaq.

Ali Xalq Məhkəməsinin rəsmi səhifəsində qeyd olunub ki, sabiq nazirin əməlləri dövlətin və xalqın maraqlarına xüsusilə böyük zərər vurub. Təqsirləndirilən şəxs günahını etiraf edib, istintaqla əməkdaşlıq edərək, peşmançılığını bildirib.

Qeyd edək ki, Çində korrupsiyaya qarşı mübarizə 2012-ci ildə Si Cinpinin hakimiyyətə gəlişindən sonra daha da gücləndirilib. Son illər aparılan genişmiqyaslı kampaniya çərçivəsində yüksək vəzifəli məmurlar da daxil olmaqla bir çox şəxs vəzifəsindən uzaqlaşdırılıb və müxtəlif müddətli, o cümlədən ömürlük həbs cəzalarına məhkum ediliblər.

Bu ilin yanvarında Çin lideri 2026-2030-cu illəri əhatə edən 15-ci beşillik plan dövründə korrupsiyaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsi barədə göstəriş verib.