Son Xəbərlər
Prezident İlham Əliyev səhiyyə işçilərinin təltif edilməsi haqqında Sərəncam
Türkiyə təmsilçisi “Fənərbaxça”nın UEFA Çempionlar Liqasının ikinci təsnifat
Azərbaycanın Çempionlar Liqasındakı təmsilçisi “Sabah”ın ikinci mərhələdəki
Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində açıq ərazidə yanğın baş verib.
Avropa Səyahət Komissiyasının (ETC) 2026-cı il üzrə proqnoz hesabatına əsasən,
"Bu gün klinik psixiatriyanın müalicə üsulları genişlənib".
Bu il sentyabrın 1-dən su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə
17-19 iyun tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız
Qidalanma mütəxəssisləri orqanizmdə iltihabi prosesləri azaltmağa kömək edən
"ABŞ və İran arasındakı ziddiyyətlərin aradan qaldırılmasına dair

Bəşər Əsədin əmisi öldü

21 yan 2026, 16:37
Bəşər Əsədin əmisi öldü

Suriyanın keçmiş vitse-prezidenti, eləcə də ölkənin sabiq prezidenti Bəşər Əsədin əmisi Rifat Əsəd 88 yaşında vəfat edib.

Liderxeber.az xəbər verir ki, bu barədə “Syria TV” telekanalı məlumat yayıb.

1984-1998-ci illərdə Suriyanın vitse-prezidenti olan R.Əsədin ölümünün təfərrüatı açıqlanmayıb.

Qeyd edək ki, Rifat Əsəd 1971-ci ildən 2000-ci ilədək Suriyaya rəhbərlik etmiş Hafiz Əsədin kiçik qardaşıdır. O, 1984-cü ildə baş tutmuş uğursuz çevriliş cəhdindən sonra xaricdə yaşayıb, lakin rəsmi olaraq dövlət vəzifəsini tutmağa davam edib. 2021-ci ildə Bəşər Əsəd əmisinə siyasi fəaliyyətlə məşğul olmamaq şərtilə vətəninə qayıtmağa icazə verib.

R.Əsədə qarşı İspaniya, Fransa və İsveçrədə korrupsiya və hərbi cinayətlərlə əlaqədar məhkəmə iddiaları qaldırılıb. Lakin təqsirləndirilən şəxsin səhhəti ilə bağlı araşdırmalar dayandırılıb. 2024-cü ilin dekabrında Suriyada Bəşər Əsəd hakimiyyəti devrildikdən sonra Rifat Əsədin Beyruta köçdüyü bildirilirdi.