Son Xəbərlər
Prezident İlham Əliyev səhiyyə işçilərinin təltif edilməsi haqqında Sərəncam
Türkiyə təmsilçisi “Fənərbaxça”nın UEFA Çempionlar Liqasının ikinci təsnifat
Azərbaycanın Çempionlar Liqasındakı təmsilçisi “Sabah”ın ikinci mərhələdəki
Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində açıq ərazidə yanğın baş verib.
Avropa Səyahət Komissiyasının (ETC) 2026-cı il üzrə proqnoz hesabatına əsasən,
"Bu gün klinik psixiatriyanın müalicə üsulları genişlənib".
Bu il sentyabrın 1-dən su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə
17-19 iyun tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız
Qidalanma mütəxəssisləri orqanizmdə iltihabi prosesləri azaltmağa kömək edən
"ABŞ və İran arasındakı ziddiyyətlərin aradan qaldırılmasına dair

Tramp İranı Yer üzündən silməklə hədələdi: "Bütün ölkə havaya uçacaq"

21 yan 2026, 10:29
Tramp İranı Yer üzündən silməklə hədələdi: "Bütün ölkə havaya uçacaq"

ABŞ Prezidenti Donald Tramp İrana qarşı təhdidlər səsləndirib və özünün həyatı təhlükədə olarsa, bütün ölkəni Yer üzündən siləcəyinə söz verib.

Liderxeber.az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Tramp "NewsNation" telekanalının aparıcısının İranın ABŞ prezidentini təhdid etməsi iddiasını şərh edərkən bildirib.

"Əgər nəsə baş verərsə, bütün ölkə havaya uçacaq. Mənim çox aydın təlimatlarım var - əgər bir şey baş verərsə, onlar Yer üzündən silinəcəklər", - deyə o qeyd edib.

ABŞ lideri, həmçinin sələfi Co Baydeni Tehrana qarşı kifayət qədər sərt siyasət yürütməməkdə ittiham edib.

"Biz həmişə təəccüblənirdik ki, Bayden niyə heç nə demir? Əgər mən o vaxtlar burada (Ağ Evdə) olsaydım və onlar kimisə, hətta prezidenti də deyil, sadəcə, kimisə, məni etdikləri kimi, təhdid etsəydilər, mən mütləq onlara olduqca güclü zərbə vurardım", - deyə Donald Tramp bəyan edib.

Qeyd edək ki, ötən həftə İran Məclisinin (birpalatalı parlament) sədri Məhəmməd Baqer Qalibaf bildirib ki, əgər Tramp İslam Respublikasına hücum etmək qərarına gələrsə, İran ona "unudulmaz dərs" verməyə hazırdır.

Tehran rəsmiləri ilə ABŞ prezidenti arasında gərginlik İrandakı etirazlarla əlaqədar daha da artıb.

Belə ki, 2025-ci il dekabrın 29-da Tehranda İran rialının kəskin düşməsi səbəbindən ticarətçilərin etiraz aksiyaları başlayıb. Bir gün sonra etirazlara tələbələr də qoşulublar. Narazılıqlar qısa müddətdə İranın əksər iri şəhərlərinə yayılıb. 2026-cı il yanvarın 2-də vəziyyət daha da gərginləşib - şəhər küçələrində naməlum silahlı qruplar peyda olub. Etirazçılarla hüquq-mühafizə orqanları arasında silahlı toqquşma halları artıb.

İğtişaşların zirvəsi 8 yanvar axşamına təsadüf edib, bu zaman ən azı 12 mülki vətəndaş, o cümlədən bir uşaq həlak olub. Hakimiyyət orqanları 25 hüquq-mühafizə əməkdaşının həlak olduğunu bildirib. Tehran meri Əlirza Zakani deyib ki, etirazçılar paytaxtda 25 məscidi yandırıb, 26 bank, üç tibb mərkəzi, 10 dövlət müəssisəsi, 48 yanğınsöndürən maşın, 42 avtobus və təcili yardım maşını, həmçinin 24 mənzilə ziyan vurublar. İran hakimiyyəti iğtişaşçıları terrorist adlandırıb və hadisələrin təşkilində İsrail və ABŞ-ni təqsirləndirib.