Son Xəbərlər
“Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsi çərçivəsində
“Məhərrəm ayı Miladi təqvimlə 16 iyuna, Aşura isə 25 iyuna təsadüf edəcək”.
“Zirə” beş futbolçu ilə müqavilə müddətini uzadıb. Liderxeber.az xəbər verir
Bakı şəhəri, Nərimanov rayonu, Elşad Quliyev küçəsində yerləşən obyektdə
İran ABŞ-nin İordaniyadakı Əl-Əzraq hərbi hava bazasına zərbələr endirib və
“Bakıda tezliklə dəyişkən iş qrafikinə keçilə bilər”​. Liderxeber.az xəbər
“Regionu ABŞ üçün cəhənnəmə çevirəcəyik”. Liderxeber.az xəbər verir ki, bunu
Sakit okeanda yerləşən və dünyanın ən kiçik respublikası hesab edilən Nauru
Oksford Universiteti ilə “Moderna” əczaçılıq şirkəti arasında əməkdaşlıq
Sağlamlıq üçün ən faydalı yuxu pozasının məhz sol böyür üstə yatmaq olduğuna

“Saxlanılan etirazçılar tez edam edilməlidir” - İran rəsmisi

15 yan 2026, 10:29
“Saxlanılan etirazçılar tez edam edilməlidir” - İran rəsmisi

“İranda etiraz aksiyaları zamanı saxlanılan şübhəlilərlə bağlı məhkəmə prosesləri sürətli keçirilməli və onlar tez edam edilməlidir”. 

Liderxeber.az “Associated Press”ə istinadən xəbər verir ki, bu barədə İranın məhkəmə sisteminin rəhbəri Qulam Hüseyn Mohseni-Eceinin açıqlamasında deyilir. 

“Əgər biz işi (sabitliyi bərpa etməyi - red.) yerinə yetirmək istəyiriksə, bunu indi etməliyik. Bunu tez etməliyik. Əgər bu prosesi iki və ya üç ay uzatsaq, effekt başqa olacaq”, - o bildirib.

Bu açıqlama ABŞ Prezidenti Donald Trampın İranda etirazçıların öldürülməsinə görə ölkəyə zərbə endirmək təhdidləri fonunda səsləndirilib.

Xatırladaq ki, İran İnsan Haqları Fəalları Xəbər Agentliyi (HRANA) dekabrın sonundan davam edən aksiyalar zamanı ölənlərin sayının 2615-ə yüksəldiyini, daha 2054 nəfərin yaralandığını açıqlayıb. 18470 nəfərin isə saxlanıldığı qeyd olunub.