Son Xəbərlər
Bakı şəhəri, Nizami rayonunda yerləşən Neft Emalı Zavodunda yanğın baş verib.
Bakı-Sumqayıt yolunda baş verən ağır yol-nəqliyyat hadisəsində qızı Zəhra
“İran memorandum üzrə sözlərinə yox, əməllərinə görə qiymətləndiriləcək”.
Dünya çempionatının qrup mərhələsinin ilk turunda bu gecə maraqlı qarşılaşma
“Azərbaycan Hava Yolları” (AZAL) 2026-cı ilin 1-16 iyun tarixlərində
Prezident İlham Əliyev səhiyyə işçilərinin təltif edilməsi haqqında Sərəncam
Türkiyə təmsilçisi “Fənərbaxça”nın UEFA Çempionlar Liqasının ikinci təsnifat
Azərbaycanın Çempionlar Liqasındakı təmsilçisi “Sabah”ın ikinci mərhələdəki
Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində açıq ərazidə yanğın baş verib.
Avropa Səyahət Komissiyasının (ETC) 2026-cı il üzrə proqnoz hesabatına əsasən,

Hindistan terrora qarşı təhlükəsizlik tədbirlərini gücləndirib

17 dek 2025, 14:17
Hindistan terrora qarşı təhlükəsizlik tədbirlərini gücləndirib

Hindistan hakimiyyəti İsrail vətəndaşlarına qarşı terror hücumları təhlükəsinin artması səbəbindən Nyu-Delhidə gücləndirilmiş təhlükəsizlik tədbirləri tətbiq edib.

Liderxeber.az"The Indian Express" nəşrinə istinadən xəbər verir ki, tədbirlər Hindistan kəşfiyyat xidmətlərinin "Əl-Qaidə" və İŞİD terror təşkilatları tərəfindən Nyu-Delhidəki İsrail səfirliyinə mümkün hücumlar barədə məlumatlara əsasən görülüb.

"Polis və hərbçilər yüksək hazırlıq vəziyyətinə gətirilib. İsrail səfirliyi, konsulluqlar, sinaqoq, yəhudi icma mərkəzləri və İsrail vətəndaşlarının ziyarət etdiyi məşhur turistik yerlərdə təhlükəsizlik tədbirləri artırılıb", - deyə yerli hüquq-mühafizə orqanlarının rəsmisi bildirib.

Asayiş keşikçilərinə kütləvi toplantıların, dini tədbirlərin keçirildiyi yerlərdə, hotellərdə, restoranlarda və müəssisələrdə sayıqlığı artırmaq tapşırılıb.

Məlumata görə, Nyu-Delhi ilə yanaşı İsrail vətəndaşlarının daha çox olduqları digər yaşayış məntəqələrində də təhlükəsizlik tədbirləri gücləndirilib.

Xatırladaq ki, dekabrın 14-də Sidney çimərliyində yəhudilərin Hanuka bayramının qeyd olunduğu yerdə terror aktı baş verib. Hadisə zamanı 16 nəfər ölüb, 40-dan çox sakin yaralanıb.