Son Xəbərlər
Bu gün dünya çempionatında qrup mərhələsinin ikinci turuna start veriləcək.
İsveçrənin Bürgenstok şəhərində iyunun 19-da ABŞ və İran arasında mövcud
Talent Staff & Business Solutions şirkətinin təsisçisi və direktoru,
Əziz zəvvarlar! "Zeynəb Əliyyun" MMC Travel sizi Ərbəin ziyarətinə
“Xəzər Universiteti Dünya Məktəbi” MMC-nin İnsan Resursları departamentinin
Bakıda İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının
Moskvaya son 2 ilin ən böyük dron hücumu olub. Liderxeber.az xəbər verir ki,
Bakı şəhəri, Nizami rayonunda yerləşən Neft Emalı Zavodunda yanğın baş verib.
Bakı-Sumqayıt yolunda baş verən ağır yol-nəqliyyat hadisəsində qızı Zəhra
“İran memorandum üzrə sözlərinə yox, əməllərinə görə qiymətləndiriləcək”.

Luvr fəaliyyətini dayandıra bilər

12 dek 2025, 12:04
Luvr fəaliyyətini dayandıra bilər

Dünyanın ən çox ziyarət edilən muzeyi olan Luvr Milad bayramı ərəfəsində bağlana bilər. 

Liderxeber.az xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb muzeyin işçilərinin tətil elan etməyə hazırlaşmasıdır.

Belə ki, artıq muzeyin təxminən 200 əməkdaşı 15 dekabrdan etibarən müddətsiz tətilə başlamağı yekdilliklə dəstəkləyib. 

Fransanın Mədəniyyət Nazirliyinə təqdim edilən bəyanatda onlar binada təcili olaraq yenidənqurma işlərinin aparılmasını və iş şəraitinin yaxşılaşdırılmasını tələb ediblər. Əgər Luvrun 2100 əməkdaşının hamısı etirazı dəstəkləyərsə, muzey fəaliyyətini dayandırmaq məcburiyyətində qalacaq. 

Xatırladaq ki, oktyabrın 19-u Luvr muzeyində qarət hadisəsi baş vermişdi. Belə ki, muzeyə daxil olan qarətçilər cəmi yeddi dəqiqə ərzində imperator Napoleonun kolleksiyasına daxil olan 9 qiymətli əşyanı oğurlayıblar. Həmin əşyaların ümumi dəyəri 102 milyon avro qiymətləndirilir. Hadisəni törətməkdə şübhəli bilinən dörd nəfər saxlanılıb.