Son Xəbərlər
“Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsi çərçivəsində
“Məhərrəm ayı Miladi təqvimlə 16 iyuna, Aşura isə 25 iyuna təsadüf edəcək”.
“Zirə” beş futbolçu ilə müqavilə müddətini uzadıb. Liderxeber.az xəbər verir
Bakı şəhəri, Nərimanov rayonu, Elşad Quliyev küçəsində yerləşən obyektdə
İran ABŞ-nin İordaniyadakı Əl-Əzraq hərbi hava bazasına zərbələr endirib və
“Bakıda tezliklə dəyişkən iş qrafikinə keçilə bilər”​. Liderxeber.az xəbər
“Regionu ABŞ üçün cəhənnəmə çevirəcəyik”. Liderxeber.az xəbər verir ki, bunu
Sakit okeanda yerləşən və dünyanın ən kiçik respublikası hesab edilən Nauru
Oksford Universiteti ilə “Moderna” əczaçılıq şirkəti arasında əməkdaşlıq
Sağlamlıq üçün ən faydalı yuxu pozasının məhz sol böyür üstə yatmaq olduğuna

Təbii balın möcüzəvi faydaları

10 dek 2025, 11:13
Təbii balın möcüzəvi faydaları

Balın əldə olunması üçün arılar ətrafdakı çiçəklərdən nektar toplayırlar. Balın qoxusu, dadı və rəngi nektarın toplandığı çiçək növünə görə dəyişir. Bir xörək qaşığı balda fruktoza, qlükoza, koko, maltoza və saxaroza da daxil olmaqla 64 kalori və 17 qram şəkər var.

Liderxeber.az xəbər verir ki, yüksək keyfiyyətli balın tərkibi mineral, vitamin və antioksidantlarla zəngindir.

Bal tərkibindəki müxtəlif maddələrin birləşməsi səbəbindən təsirli antioksidant xüsusiyyətə malikdir. Tədqiqatlara görə, bal qandakı antioksidant miqdarını artırır, antioksidantlar isə orqanizmdə infarkt, insult və ya bəzi xərçəng növləri riskini azaltmağa kömək edir. Eyni zamanda, göz sağlamlığına xeyirdir.

Bal xolesterol və ürək xəstəliyi riskini azaltmaq xüsusiyyətinə malikdir. Ürək xəstəliklərinə səbəb ola biləcək risklərdən biri qanda trigliserid adlanan yağ komponenti səviyyəsinin normadan yüksək olmasıdır.

Şəkərli və karbohidratlı qidaların bol istehlakı orqanizmdə trigliseridlərin səviyyəsini artırır, lakin bəzi araşdırmalara görə, müntəzəm olaraq şəkər əvəzinə balın istifadə edilməsi trigliserid səviyyəsini 19 faiz azaldır.

Balın tərkibindəki antioksidantlar ürək damarlarını genişləndirir və bununla da qan laxtalanması halının qarşısını alır.

Qədim Misirdə bal yaraları və yanıqları sağaltmaq üçün istifadə edilib. Dəriyə tətbiq edildikdə yara və yanıqların müalicəsində təsirlidir. Bəzi dəri xəstəliklərinin, xüsusilə diabetik ayaq yaralarının müalicəsində istifadə edilir.

Şiddətli öskürək uşaqlar üçün ciddi problemlər yarada bilər. Bal öskürəyi azaldır və öskürək səbəbilə uşaqlarda itirilən yuxu keyfiyyətini bərpa edir.