Son Xəbərlər
“Diplomatik mənbələr Rusiyanın iyunun 7-də Ermənistanda keçirilən parlament
ABŞ Prezidenti Donald Trampın İranla yaxın günlərdə saziş imzalaya biləcəyinə
Yəməndə təhlükəli dırmanış videoları ilə tanınan və sosial şəbəkələrdə
Bu gün Azərbaycanda “Son zəng” günüdür. Liderxeber.az xəbər verir ki, bu il
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sanatoriya və
Bugün Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 15 İyun – Milli
Ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunur.
Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələrinə əcnəbi
ABŞ və İran arasında münaqişənin nizamlanması üzrə memorandum gələn həftənin
Türkiyədə məşhurlara qarşı aparılan narkotik istintaqı çərçivəsində saxlanılan

“Moskvaya zərbə endirə bilərsən?” - Zelenskiyə bu sualı verdi

15 iyl 2025, 14:49
“Moskvaya zərbə endirə bilərsən?” - Zelenskiyə bu sualı verdi

ABŞ prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenski ilə 4 iyul tarixli telefon danışığı zamanı Ukraynanın Moskvaya zərbə endirib-endirə bilməyəcəyini soruşub.

Liderxeber.az xəbər verir ki, bununla bağlı “Financial Times” mənbələrə istinadən məlumat yayıb.

Söhbət zamanı, ABŞ prezidenti yalnız Moskvaya deyil, həm də Sankt-Peterburqa təzyiqin artırılmasının vacibliyini ifadə edib: “Volodimir, Moskvaya zərbə endirə bilərsən? Sankt-Peterburqa da?”

Zelenski Trampın sualına cavab olaraq bildirib ki, belə bir əməliyyat yalnız Vaşinqton tərəfindən müvafiq silahların verilməsi halında mümkün ola bilər: “Əlbəttə. Əgər siz bizə silah versəniz, edə bilərik”.

Danışıqlardan sonra ABŞ rəsmiləri Ukraynaya üçüncü ölkələr vasitəsilə təmin edilə biləcək uzaqmənzilli zərbə sistemlərinin siyahısını təqdim ediblər.