Son Xəbərlər
İsrail və Livan nümayəndələri Vaşinqtonda keçirilən danışıqlarda İsrail
Azərbaycan Prezidenti İlham Əliyev bu gün İran İslam Şurası Məclisinin sədri
Azərbaycan Qiymətləndiricilər Palatası (AQP) qanunun tələblərinə zidd olaraq
“Hər bir müsahibədə Elm və Təhsil Nazirliyi olaraq müəyyən məqamlara toxunaraq
Kriştianu Ronaldonun ötən gün Özbəkistanla matçdan paylaşdığı foto qısa
Azərbaycan Beynəlxalq Bankının (ABB) bəzi kart əməliyyatları ilə bağlı texniki
Azərbaycan Hava Yollarının (AZAL) 24 iyun 2026-cı il tarixinə planlaşdırılan
Gürcüstanın Tbilisi şəhərində BMT-nin Dövlət Xidmətləri Forumunun açılış
"Azərbaycanda kasko sığortasına yeni yanaşmalar tətbiq olunacaq".
Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən yağıntılı və qeyri-sabit hava

Dünyada hər 67 nəfərdən biri məcburi köçkündür - BMT-dən yeni hesabat

12 iyn 2025, 13:10
Dünyada hər 67 nəfərdən biri məcburi köçkündür - BMT-dən yeni hesabat

2024-cü ildə dünyada beynəlxalq sərhədləri keçərək sığınacaq axtaran qaçqınların sayı 559 min nəfər azalaraq 36.8 milyona düşüb.

Bu, 2011-ci ildən bəri ilk azalma olub.

Liderxeber.az-ın verdiyi məlumata görə, bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) hesabatında deyilir.

Azalmanın əsas səbəblərindən biri bir sıra ölkələrə - Suriya, Cənubi Sudan, Əfqanıstan və Ukraynaya - geri qayıdanların sayının artması olub. 2024-cü ildə 1.6 milyon nəfər doğma ölkəsinə geri dönüb ki, bu da 2002-ci ildən bəri ən yüksək göstəricidir.

Lakin eyni zamanda, daxildə didərgin düşənlərin - yəni ölkə daxilində zorakılıqdan və münaqişələrdən qaçanların sayı artaraq 73.5 milyon nəfərə çatıb. Bu artım əsasən Sudan, Myanma, Haiti və Kolumbiyada baş verən münaqişələrlə əlaqələndirilir.

Ümumilikdə, 2024-cü ilin sonunda dünyada məcburi köçkünlərin sayı 123.2 milyon nəfərə çataraq rekord səviyyəyə yüksəlib. Bu, Yer kürəsində hər 67 nəfərdən birinin doğma evindən didərgin düşdüyünü göstərir.

UNHCR xəbərdarlıq edir ki, maliyyə çatışmazlığı səbəbindən təşkilatın və digər humanitar qurumların imkanları tükənmək üzrədir. Qida yardımı, təhsil, tibbi xidmət və zorakılıqdan müdafiə kimi əsas xidmətlər kəsilə bilər.

BMT hesab edir ki, qaçqın problemini həll etməyin yeganə yolu münaqişələrin və hüquq pozuntularının kökündən aradan qaldırılmasıdır. Əks halda, dəstək çatışmazlığı daha geniş humanitar böhranlara yol aça bilər.