Son Xəbərlər
İranın Ali rəhbəri Müctəba Xameneinin hərbi müşaviri və İnqilab Keşikçiləri
Bu gün və sabah dünya çempionatında qrup mərhələsinin ikinci turunun oyunları
Paytaxtın Xəzər rayonunda açıq ərazidə yanğın baş verib. Liderxeber.az xəbər
İyunun 20-si gündüz Azərbaycanın dağlıq və dağətəyi rayonlarında, 21-i
İyunun 20-si gündüzdən 22-dək Bakıda və Abşeron yarımadasında, eyni zamanda
Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan
Vəfat etdikdə, habelə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə xəbərsiz
Rumıniyada keçirilən Yeniyetmələrin Balkan Riyaziyyat Olimpiadasında (JBMO
Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Üzgüçülük Federasiyasının birgə
Bolqarıstanın ÇSKA klubu yay təlim-məşq toplanışının proqramına düzəliş edib.

Roma Papası Fransiskin ölüm səbəbi məlum oldu

22 apr 2025, 09:05
Roma Papası Fransiskin ölüm səbəbi məlum oldu

Roma Papası Fransisk insult keçirib, bu da komaya və ürək dayanmasına səbəb olub.

Liderxeber.az TASS-a istinadən xəbər verir ki, bu barədə 88 yaşlı pontifikin ölümünə dair rəsmi tibbi rəydə qeyd olunub.

Bildirilir ki, bundan əvvəl o, ikitərəfli multimikrob pnevmoniya, çoxsaylı bronxoektaziyalar keçirib, yüksək qan təzyiqi ilə müşayiət olunan kəskin tənəffüs çatışmazlığı epizodu baş verib.

Papa Fransiskin ölümünün səbəbi insult ola bilər.

Liderxeber.az "Corriere della Sera"ya istinadən xəbər verir ki, bu barədə Vatikanda şayiələr yayılıb.

Lakin bu versiya hələ rəsmi təsdiqini tapmayıb. Bir neçə saat ərzində Müqəddəs Taxt-Tacın bəyanatının açıqlanması gözlənilir.

Qeyd olunur ki, bir gün əvvəl möminlərə müraciətlə çıxış edən Papanın vəziyyəti ötən gecə xeyli pisləşib. Aprelin 21-nə keçən gecə pontifikin vəziyyətinin kəskin pisləşməsi Müqəddəs Taxt-Tac üçün gözlənilməz hadisə olub.

O, əvvəllər sətəlcəm xəstəliyindən əziyyət çəkirdi və bu, Fransiskin səhhətinə əhəmiyyətli dərəcədə təsir edib.

Ənənələrə görə, dəfn mərasimi üçün doqquz gün ayrılır, baxmayaraq ki, bu, adətən daha tez baş verir. Papa Fransisk özü onun dəfninin sadələşdirilmiş qaydada, bir sıra ayin və mərasimlər olmadan keçirilməsinə icazə vermişdi.

Aprelin 21-də axşam Bakı vaxtı ilə saat 22:00-da Papa Fransiskin ölümünün konstatasiyası mərasiminə Roma Katolik Kilsəsinin kamerlenqosu, kardinal Kevin Farrell rəhbərlik edəcək.