Son Xəbərlər
Ötən gecə Ağdaşda baş vermiş qəzada xəsarət alan şəxs xəstəxanada vəfat edib.
“Trabzonspor”un ukraynalı futbolçusu Aleksandr Zubkov Yunanıstanın AEK klubuna
Türkiyədə tanınmış aktyor Onur Tuna, sosial media fenomenləri Özgür Deniz
"Bina və qurğuların layihələndirilməsində əlilliyi olan şəxslər üçün
Peşəkar Futbol Liqasının (PFL) prezidenti postu ilə bağlı yeni bir namizədin
İyunun 11-də ABŞ, Meksika və Kanadadan başlayacaq dünya çempionatında iştirak
20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yoxlama oyununda
Uşaqların I sinfə elektron qəbulu prosesində üstünlük hüququ tətbiq edilən
Türkiyəli məşhur müğənni Sibel Can evlənir. Liderxeber.az Türkiyə KİV-ə
Moldova Rusiya ilə vizasız rejimi ləğv etmək istəyir. Liderxeber.az

Qazlı içkilər insult riskini artırır

10 avq 2024, 14:10
Qazlı içkilər insult riskini artırır

Diyetik kimi tanınan şəkərsiz qazlı içkilər ürək çatışmazlığı və insult riskini artırır. Buna səbəb sözügedən məhsulda istifadə olunan aşağı kalorili şirin maddə - eritritdir.

Liderxeber.az-ın "New York Post"a istinadən verdiyi məlumata görə, bu barədə elm adamları apardıqları araşdırmadan sonra xəbərdarlıq ediblər. Onların sözlərinə görə, eritrit şəkərdən 70% daha şirindir və qanda trombositlərin aktivliyini artırır, bu isə qan laxtalarının yaranmasına səbəb ola bilər.

"Qan laxtaları damarları tıxayaraq insult və ya ürək tutmasına, bəzi hallarda isə, hətta ölümə səbəb ola bilər", - deyə mütəxəssislərin xəbərdarlığında bildirilir.

Qeyd edək ki, eritrit təbii şəkildə bəzi meyvə və tərəvəzlərdə, o cümlədən qarpız, armud və göbələklərdə var. Bu maddə orqanizmdə insulin ifrazını stimullaşdırmır və qanda şəkərin səviyyəsinə təsir göstərmir. Buna görə də o, diabet xəstələri üçün təhlükəsiz hesab edilir. Lakin son tədqiqatlar qanda eritritin yüksək miqdarda olmasının çox qısa müddətdə ürək-damar sistemi üçün ciddi risk yaratdığını göstərir.

Yeri gəlmişkən, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) statistikasına görə, ürək-damar xəstəlikləri dünyada ölüm səbəbləri arasında birinci yerdədir. Azərbaycanda da bu xəstəliklər ölüm hallarının əsas səbəblərindəndir.